Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müşfiqabad seçiciləri də YAP-ın namizədi Aydın Hüseynovu dəstəkləyirlər

Müşfiqabad seçiciləri də YAP-ın namizədi Aydın Hüseynovu dəstəkləyirlər

30.01.2020 [09:43]

9 fevral tarixində keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi 11 saylı Qaradağ seçki dairəsindən irəli sürülmüş Aydın Hüseynovun seçicilərlə növbəti görüşü Müşfiqabad qəsəbəsində keçirilib. Seçicilərə YAP-ın seçki platforması barədə ətraflı məlumat verən Aydın Hüseynov dövlətçiliyimizin formalaşmasında və möhkəmlənməsində, ölkəmizin bütün sahələr üzrə inkişafında və xalqımzın rifahının getdikcə yaxşılaşmasında partiyanın müstəsna xidmətlərinə toxunub. Qeyd edib ki, xalqın dəstəyi və etimadı ilə qələbələr partiyasına çevrilən YAP bu gün nəinki ölkəmizdə, bütövlükdə regionda ən böyük siyasi təşkilatdır. Bildirilib ki, xalqın etimadını real fəaliyyəti ilə doğruldan partiyamız növbəti seçkilərə də ciddi hazırlaşır. Həm seçkilərin azad, ədalətli və demokratik keçirilməsinə çalışır, həm də növbəti dəfə seçicilərin yekdil dəstəyi ilə bu demokratiya marafonunda qalib gəlmək əzmindədir.
Ölkəmizdə iqtidar partiyası olaraq YAP-ın fəaliyyətini yüksək qiymətləndirən seçicilər növbəti seçkilərdə də daha güclü Azərbaycan naminə partiyanın namizədlərinə yekdilliklə səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30