Nəmidə Namini: Bizim vətənpərvərlik ruhumuzu, milli iradəmizi heç bir təxribat qıra bilməz
14.07.2020 [08:35]
“Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı Gənclər Birliyinin sədri Nəmidə Namini deyib.
N.Namini bildirib ki, vətənpərvərlik tərbiyəsi hər şeydən əvvəl, vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Onun fikrincə, hər bir azərbaycanlı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı öyrənməli, tanımalı, sevməli, onların xidmətlərini daim xatırlamalıdır: “Millət üçün qürur qaynağı olan qəhrəmanları öyrənməli və öyrətməli, tanıtdırmalı və sevdirməliyik. Onların özü kimi təmənnasız, candan, könüldən gələn bir istəklə! Çünki bir millətin hər zaman qəhrəmanlara ehtiyacı var. Başqa sözlə, bütün digər ülvi hisslər, duyğular kimi qəhrəmanlıq da yaşadılmalıdır. Qəhrəmanlığı təbliq etmək, qəhrəmanları tanımaq, tanıtmaq hər bir insanın özünün daxili aləmini zənginləşdirir, insanın həyata inamını, haqq işinə bağlılığını möhkəmləndirir”.
N.Namini qeyd edib ki, Azərbaycan oğulları daim Vətəninin keşiyində dayanıb və dayanmağa da davam edəcək. Onun sözlərinə görə, bizim vətənpərvərlik ruhumuzu, milli iradəmizi heç bir təxribat qıra bilməz: “Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezidentimiz İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, beləliklə, Qarabağ Azərbaycanındır!” sözləri Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan oğulları Vətəni sevir və onu daim qorumağa hazırdır. Biz öz ordumuzla, şəhidlərimiz və qəhrəmanlarımızla fəxr edirik. Hər bir valideyn övladını millətini və ölkəsini sevən bir övlad kimi yetişdirməli, onda yüksək vətənpərvərlik ruhu aşılamalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

