/ / Teymur Babazadə: Prezident İlham Əliyevin təşəbbüsünün beynəlxalq miqyasda dəstəklənməsi Azərbaycanın növbəti böyük uğurudur
Teymur Babazadə: Prezident İlham Əliyevin təşəbbüsünün beynəlxalq miqyasda dəstəklənməsi Azərbaycanın növbəti böyük uğurudur
18.07.2020 [01:30]
“Azərbaycan koronavirusla mübarizə prosesində mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyev istər Türk Şurasının, istərsə də Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilən Zirvə görüşlərində bildirib ki, pandemiya beynəlxalq səciyyəli bir məsələdir və ona münasibət də beynəlxalq səviyyədə olmalıdır. Bütün ölkələr bu məsələdə həmrəylik nümayiş etdirməlidir. Cənab Prezidentin pandemiya ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi beynəlxalq birlik tərəfindən dəstəkləndi”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı Gənclər Birliyinin sədri Teymur Babazadə deyib.
T.Babazadə bildirib ki, bu hadisə Azərbaycanın dünya miqyasında böyük nüfuza sahib olduğunun bariz nümunəsidir. Onun sözlərinə görə, təşəbbüsün dəstəklənməsi həmçinin Prezident İlham Əliyevin dünyada şəxsi nüfuzunun və liderlik keyfiyyətinin göstəricisidir: “Azərbaycan Prezidentinin bu təşəbbüsü ölkəmizin koronavirusla mübarizə tarixində rolunu daha da yüksəldəcək. Ermənistanın isə bu məsələyə qeyri-insani münasibət göstərməsi, mühüm bir təşəbbüsə etiraz etməsi işğalçı ölkəni dünya ictimaiyyətinin gözündə aqressor, xoşməramlı istənilən təklifə qarşı çıxan, bədniyyətli ölkə kimi tanıdacaq, onları beynəlxalq miqyasda daha çətin vəziyyətə salacaq. İnfeksiyalar əvvəl-axır keçir, müharibələr başa çatır. Amma həmin dövrdə hansı dövlətin, xalqın, liderin hansı davranış sərgiləməsi tarixdə qalır. Azərbaycanın bu müstəvidə pozitiv davranışı da dünya tarixində qalacaq”.
T.Babazadə söyləyib ki, Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəylik nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü iyanə ayırıb, 30-dan çox ölkəyə hümanitar yardım göstərib: “Bütün dünyanı bürüyən pandemiyanın davam etməsi bir daha göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assembleyasının xüsusi sessiyasi çərçivəsində bir araya gəlməsinə, COVID-19 bəlasından çıxış yollarının müzakirə edilməsinə və həlli yollarının tapılmasına böyük ehtiyac var. Azərbaycan Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyanın keçirilməsi təklifi ilə çıxış etməsi, BMT-nin 130-a qədər üzv dövləti tərəfindən, BMT-nin Baş Katibi cənab Antonio Quterreş tərəfindən bu təşəbbüsün dəstəklənməsi, beynəlxalq ictimayyət tərəfindən ölkəmizə olan böyük etimadın, Azərbaycanın ildən-ilə artan beynəlxalq nüfuzunun göstəricisidir. Bu, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdə əldə etdiyi növbəti böyük uğurudur. Şübhə yoxdur ki, BMT-nin xüsusi sessiyasının keçirilməsi pandemiya ilə mübarizədə mühüm rol oynayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

