/ / Təyyibə Hüseynova: Əldə olunmuş nəticələrdə koronavirusla mübarizədə əsl fədakarlıq nümayiş etdirən həkimlərimizin çox böyük əməyi var
Təyyibə Hüseynova: Əldə olunmuş nəticələrdə koronavirusla mübarizədə əsl fədakarlıq nümayiş etdirən həkimlərimizin çox böyük əməyi var
14.08.2020 [11:42]
“Dövlətimizin pandemiya ilə mübarizə sahəsində həyata keçirdiyi sistemli tədbirlər öz müsbət nəticəsini verir. Elə Prezident İlham Əliyevin avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədəki çıxışında səsləndirilən fikirlər də bunu bir daha təsdiqləyir”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının Qadınlar Şurasının sədri Təyyibə Hüseynova bildirib.
Onun sözlərinə görə, ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının qeydə alındığı ilk gündən atılan addımlar, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlər ciddi nəticələr verməkdədir: “Məhz həyata keçirilən bütün bu tədbirlər nəticəsində ölkəmizdə pandemiya ilə bağlı vəziyyət hazırda tam nəzarət altındadır. Yəni sevindirici haldır ki, koronavirusa qarşı mübarizə tədbirləri səmərə verir və artıq son günlər müsbət dinamika müşahidə olunur”.
Təyyibə Hüseynova onu da bildirib ki, əldə olunmuş nəticələrdə koronavirusla mübarizədə əsl fədakarlıq nümayiş etdirən həkimlərimizin çox böyük əməyi vardır: “Prezident İlham Əliyev də öz çıxışında qeyd etdiyi kimi, məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Digər tərəfdən isə, bu qorxunc xəstəliklə effektiv mübarizə apara bilmək üçün həkimlərimizin də müvafiq şəraitə, tələb olunan preparat və avadanlıqlara olan ehtiyacları yenə də dövlətimiz tərəfindən təmin edilib”.
“Ümumiyyətlə, koronavirus pandemiyasının qarşısının alınması, onun genişlənməsinə imkan verilməməsi istiqamətində dövlətimizin gördüyü işlər, atdığı addımlar hər bir dövlət üçün nümunə ola bilər. Yeri gəlmişkən, pandemiyanın iqtisadiyyata böyük zərbələr vurmasına rəğmən, Azərbaycan dövlətinin əsas hədəfi Azərbaycan vətəndaşları, onların sağlamlığı, təhlükəsizliyi, bu bəladan az maddi və mənəvi itkilərlə çıxması olub və bunlara da nail olunub”, - deyə YAP Abşeron rayon Qadınlar Şurasının sədri vurğulayıb.
Onun sözlərinə görə, hökumət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, pandemiya şəraitinə uyğun zəruri qanunların qəbul olunması istiqamətində də mühüm addımlar atılıb. Belə ki, bununla bağlı Milli Məclis də uğurlu fəaliyyət göstərib. Cari ilin dövlət büdcəsinin dürüstləşdirilməsinə dair, habelə dövlət büdcəsinə dəyişikliklərlə bağlı qəbul olunan qanun layihəsində əsasən pandemiyadan irəli gələn çağırışlar rəhbər tutulub və dövlət büdcəsinin xərcləri artırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

