/ / YAP ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
YAP ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
15.09.2020 [09:10]
Yeni Azərbaycan Partiyası (YAP) ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması ilə bağlı beynəlxalq ictimaiyyətə, beynəlxalq siyasi partiya təşkilatlarına və tərəfdaş siyasi partiyalara müraciət ünvanlayıb.
Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Müraciətdə qeyd olunur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini genişləndirməkdə və regionda vəziyyəti daha da gərginləşdirən addımlar atmaqda davam edir.
Beynəlxalq ictimaiyyətin diqqətini erməni vəhşiliklərinə, təxribatlarına, eləcə də ayrı-ayrı ölkələrdən olan ermənilərin Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni məskunlaşdırılmasına cəlb etmək məqsədi daşıyan müraciətdə, həmçinin bildirilir: “İyul ayında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri olan neft və qaz kəmərlərinin keçdiyi bölgəyə yaxın ərazidə, Ermənistan-Azərbaycan dövlət sərhədində bir mülki azərbaycanlının və çoxlu sayda hərbçinin ölümü ilə nəticələnən silahlı qarşıdurma yaradan Ermənistan bundan qısa müddət sonra sərhədin başqa hissəsində hərbi təxribata cəhd etdi.
Hərbi təxribatları intensivləşdirən, eyni zamanda, destruktiv, məsuliyyətsiz ritorika ilə sülh danışıqlarını pozan Ermənistan rəhbərliyi indi də Azərbaycan işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasətinin yeni və daha aqressiv mərhələsinin başlanğıcını qoyur.
Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, bu ölkəyə humanitar yardım göstərilməsi ilə məşğul olarkən, Ermənistan bu faciədən işğal etdiyi ərazilərin demoqrafik vəziyyətini dəyişmək üçün sui-istifadə edir. Erməni mənbələrinin yaydığı məlumatlara görə, artıq Livandan bir neçə erməni ailəsi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilib və mümkün qədər çox Livan ermənisinin bu prosesə cəlb edilməsi planlaşdırılır.
Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının müvafiq hesabatlarında da əksini tapıb.
Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması Ermənistanın “repatriasiya” və “humanitar yardım” adı altında ilhaq siyasətinin bir hissəsidir. Məskunlaşdırma siyasətinin aparılması və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.
Beynəlxalq hüquqa əsasən, təcavüzkar dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşdırma siyasətinin aparılması müharibə cinayəti hesab edilir və bu baxımdan, Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində apardığı qeyri-qanuni məskunlaşdırma ilə növbəti müharibə cinayətini törətməkdədir.
İstehza doğuran faktdır ki, bu əməli ilə Ermənistan təkcə beynəlxalq hüququ deyil, elə öz qanunlarını da pozur. Ermənistanın Cinayət Məcəlləsinin 390-cı maddəsində təcavüzkar dövlətin işğal olunmuş ərazilərdən əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır və buna görə 8-12 illik həbs cəzası nəzərdə tutulur. Qeyd edək ki, Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edərək, onları özünün avantürist siyasətinin qurbanlarına çevirir.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı və idarə etdiyi qondarma rejim isə son günlər ölkəmizin digər ərazilərini də işğal etmək niyyətini bildirərək, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini raket atəşinə tutmaqla hədələyib.
Danışıqlardan faktiki olaraq imtina edən, Azərbaycan ərazilərinin ilhaqına yönələn açıq təxribatçı çağırışlar və hərəkətlər edən Ermənistanın siyasi və hərbi rəhbərliyi vəziyyətin son dərəcə gərginləşməsinə, baş verə biləcək istənilən təxribata və silahlı insidentə görə məsuliyyət daşıyır”.
Yeni Azərbaycan Partiyasının beynəlxalq təşkilatlara müraciətində, eyni zamanda, bildirilir ki, Azərbaycan hər zaman olduğu kimi, münaqişənin beynəlxalq hüquqa, ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinə, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsaslanan həllinə nail olmaq məqsədinə sadiqdir.
Yeni Azərbaycan Partiyası beynəlxalq ictimaiyyəti, beynəlxalq siyasi partiya təşkilatlarını və tərəfdaş siyasi partiyaları bölgədə sülhün, sabitliyin və ədalətin təmin olunması naminə Ermənistanın təxribatçı əməllərini pisləməyə və Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz köçürməyə son qoyulmasını tələb etməyə çağırır.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

