Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Hacıqabul rayon təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsi çərçivəsində qurur

YAP Hacıqabul rayon təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsi çərçivəsində qurur

18.09.2020 [09:15]

Hazırda rayon təşkilatının 113 ərazi ilk partiya təşkilatında 5 min 395 nəfər təmsil olunur
Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası (YAP) bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır. Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 mindən çox üzv birləşib. Azərbaycanın siyasi palitrasının aparıcı qüvvəsi olan YAP yarandığı vaxtdan böyük inkişaf yolu keçib. Ölkəmizin siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyasının gücünü şərtləndirən amillərdən biri də onun monolit yerli strukturlara malik olmasıdır. Ötən illər ərzində partiyanın rayon və şəhər təşkilatları da əhəmiyyətli dərəcədə inkişaf edərək ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. YAP Hacıqabul rayon təşkilatı da belə təşkilatlardandır.
YAP Hacıqabul rayon təşkilatının 1995-ci ilin martın 18-də təsis edildiyini diqqətə çatdıran rayon təşkilatının sədri Hafis Bəşirov bildirib ki, təşkilat fəaliyyət göstərdiyi 25 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib, ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib. Hazırda YAP Hacıqabul rayon təşkilatının 113 ərazi ilk partiya təşkilatında 5 min 395 nəfər partiya üzvü birləşib. Bu statistika, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinə olan inamın ifadəsidir: “Ötən 25 ildə YAP Hacıqabul rayon təşkilatının sıraları çox genişlənib və rayonumuzun tanınmış ziyalıları, fəal gənclərimiz YAP Hacıqabul rayon təşkilatının sıralarında təmsil olunmaqdadır. Sevindirici haldır ki, istər kəmiyyət etibarı ilə, istərsə də keyfiyyət baxımından rayon təşkilatının sıraları daim yenilənir, genişlənir. Rayon təşkilatının sıralarında 2283 nəfər qadın üzvümüz, 1216 nəfər isə gənc üzvümüz birləşib. Üzvlərin 1695 nəfəri ali, 1300 nəfəri isə orta ixtisas təhsillidir. Qeyd edilməlidir ki, xüsusən gənclərin Yeni Azərbaycan Partiyası sıralarına qoşulmaq istəyi olduqca təqdirəlayiq və sevindirici haldır. Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etməkdir” sözləri rayon təşkilatının fəallarının şüarına çevrilib”.
H.Bəşirov onu da qeyd edib ki, YAP Hacıqabul rayon təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını vaxtında yerinə yetirməyə, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak etməyə çalışır. Eyni zamanda, Hacıqabulun inkişafı istiqamətində həyata keçirilən işlərdə partiyanın rayon təşkilatı da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı ölkəmizdə həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Hacıqabul rayonunda da mühüm addımların atıldığını deyən H.Bəşirov qeyd edib ki, YAP Hacıqabul rayon təşkilatının könüllüləri insanlarla COVID-19 infeksiyası haqqında maarifləndirici söhbətlər aparıb, bukletlər paylayıb, virusdan qorunmağın qaydalarını izah ediblər. Rayon təşkilatı YAP İcra Katibliyinin həyata keçirdiyi “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına qoşularaq 70 ailəyə gigiyenik vasitələr paylayıb, 30 aztəminatlı ailəyə ərzaq yardımları edib. Bundan əlavə, YAP Hacıqabul rayon təşkilatının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə 65 yaşdan yuxarı qayğıya ehtiyacı olan 20 vətəndaşın sosial ehtiyaclarının ödənilməsinə köməklik göstəriblər. Eləcə də, YAP Hacıqabul rayon təşkilatının üzvləri vətəndaşların karantin qaydalarına əməl etməsi, sosial məsafə saxlaması, maska taxması üçün izahat işləri apararaq müvafiq yerlərdə 100-dən çox xüsusi hazırlanmış maarifləndirici plakatlar asıblar. Pandemiya ilə əldaqədar rayon təşkilatının işi yeni prinsiplər üzrə qurulub və ərazi ilk partiya təşkilatları ilə mütəmadi onlayn-müşavirələr keçirilib. “Böyük qürur hissi ilə bildirmək istəyirəm ki, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən, hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyən Hacıqabul sakinləri ölkə başçısının qətiyyətli mövqeyi və həyata keçirdiyi geniş miqyaslı islahatları dəstəkləyir, müstəqil Azərbaycanın qüdrətinin artmasını, beynəlxalq nüfuzunun daha yüksəlməsini sevinclə qarşılayır” - deyə, o qeyd edib.
YAP Hacıqabul rayon təşkilatının istər əlamətdar günlərin qeyd olunması, istərsə də seçki kampaniyalarında fəal iştirak etdiyini deyən YAP Hacıqabul rayon təşkilatının aparat rəhbəri İsmayıl İbrahimov bildirib ki, COVID-19 infeksiyasına qarşı mübarizə çərçivəsində rayon təşkilatının Şura və İdarə Heyətinin üzvlərinin, rayon gənclərinin, rayonda fəaliyyət göstərən həkimlərin iştirakı ilə koronavirusla mübarizəyə həsr olunmuş onlayn konfranslar, vebinarlar təşkil edilir. “Partiya rayon təşkilatı bayramların qeyd olunması və digər əlamətdar günlər münasibəti ilə rayon İcra Hakimiyyəti ilə birlikdə tədbirlər hazırlayır, seminarlar təşkil edir. Keçirilən bayram tədbirlərində qabaqcıl partiya fəallarına YAP Hacıqabul rayon təşkilatının Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub, yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib. Təşkilatın üzvləri rayonun ictimai-siyasi həyatında da fəal iştirak edirlər. Bütövlükdə, respublikamızda gedən işlərdə YAP üzvlərinin fəal rolu olduğu kim, rayonumuzda abadlıq-quruculuq işlərində partiya rayon təşkilatının üzvləri yaxından iştirak edirlər. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı partiya veteranlarını daim diqqət mərkəzində saxlayır, onların qayğıları və problemləri ilə maraqlanır, gənclərin onlarla mütəmadi görüşlərini təşkil edir. Bu ilin sentyabrın 3-də YAP Hacıqabul rayon təşkilatının rəhbərliyi və Gənclər Birliyinin üzvləri rayon təşkilatının ən qocaman və veteran partiya üzvü, 90 yaşlı Qulaməli Cəfərovu ziyarət edib. Ona partiyanın adından qiymətli hədiyyə və tibbi, gigiyenik, dezinfeksiyaedici və qoruyucu vasitələr təqdim edilib. Eləcə də, YAP Hacıqabul rayon təşkilatının rəhbərliyi və fəalları mütəmadi olaraq xüsusi qayğıya ehtiyacı olan insanlarla görüşür, onların problemləri ilə maraqlanır və həllinə köməklik edir”.
Azərbaycan Ordusunun bu ilin iyulunda Tovuz rayonunda baş verən erməni təxribatlarına layiqli cavab verdiyini də dilə gətirən İ.İbrahimov qeyd edib ki, Azərbaycan xalqı bir daha milli birliyini, həmrəyliyini nümayiş etdirdi. Onun sözlərinə görə, bütün xalqımız, ən əsası isə gənclərimiz Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini əyani şəkildə ortaya qoydu. Gənclərimizin könüllü olaraq ordu sıralarına yazılması isə ön cəbhədə vuruşan əsgərlərimiz üçün böyük ruh yüksəkliyi yaratdı, Azərbaycan gənclərinin yüksək vətənpərvərliyinin təcəssümünə, bariz nümunəsinə çevrildi. “YAP Hacıqabul rayon təşkilatı gənclər arasında milli vətənpərvərlik rühünün daha da yüksəldilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirir. Partiya rayon təşkilatı rayon gənclərinin iştirakı ilə “Vətən-varlığımız, fəxrimiz və qürurumuzdur”, “Vətənpərvərlik milli-mənəvi sərvətimizdir” mövzusunda onlayn-konfranslar təşkil edib” - deyə, aparat rəhbəri qeyd edib.
Rayon təşkilatının işində Gənclər Birliyi öz aktiv fəaliyyəti ilə xüsusi seçilməkdədir. YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Firdovsi İbrahimovun sözlərinə görə, hazırda partiya rayon təşkilatında 1216 nəfər gənc birləşib. YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin öz işini mövcud iş planı cərcivəsində qurduğunu və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və YAP İcra Katibliyinin tapşırıq və tövsiyələri əsasında istiqamətləndirdiyini deyən F.İbrahimov ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 2020-ci ilin “Könüllülər ili” elan edildiyini xatırladıb və əlavə edib ki, bu məqsədlə YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyi öz könüllüləri ilə əlaqələrini daha da artırıb, könüllülük fəaliyyətinin daha geniş vüsət alması məqsədi ilə gənclər arasında təbliğat işini daha da gücləndirib, könüllülərlə əlaqələrin çevikliyinin artırılması məqsədilə müxtəlif sosial şəbəkələrdə mobil qruplar yaradıb: “Gənclər ötən dövr ərzində bir sıra mühüm tədbirlər həyata keçiriblər, onlayn konfranslar təşkil ediblər. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev gənclərin ən yaxın dostu və hamisidir” mövzusunda videokonfrans keçirilib və tədbirdə Ulu Öndərin siyasi irsi haqqında geniş məlumat verilib”.
Bu ilin iyul ayında Tovuz rayonunda baş verən döyüşlər zamanı YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin üzvləri də bir nəfər kimi döyüşə hazır olduqlarını bildiriblər. F.İbrahimov deyib ki, rayon təşkilatının gənc üzvləri Ali Baş Komandan cənab İlham Əliyevə müraciət ünvanladılar və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə gedərək könüllü olaraq hərbi xidmətə yazıldılar. F.İbrahimov bildirib ki, hər bir gənc Vətənin bütövlüyü uğrunda düşmənlə mübarizədə ön sırada olmağa hazırdır.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31