Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Orxan Qəhrəmanovun ailəsinə baş çəkiblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Orxan Qəhrəmanovun ailəsinə baş çəkiblər

06.04.2021 [08:54]

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının nümayəndələri Qaraçuxur qəsəbəsində Vətən müharibəsində şəhid olmuş və Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Orxan Səlvər oğlu Qəhrəmanovun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar. Görüş zamanı rayon təşkilatının sədri Vüqar Seyidov vurğulayıb ki, öz həyatlarını işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq.
Səmimi söhbət əsnasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Orxanın əziz xatirəsini bir daha yad edərək, rayon təşkilatı adından üzərində Vətən müharibəsinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidimizin şəkili toxunmuş xalçanı, “Anım lövhəsi”ni şəhid ailəsinə təqdim edib.
Görüş zamanı şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 643 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31