Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasını təşkil edir
24.04.2021 [09:57]
Bu il mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Azərbaycan dövlətçiliyini, xalqımızın azadlığını və müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, Onun dövlət idarəçiliyi təcrübəsi daim öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışarkən, ilk növbədə, Ümummilli Liderin banisi olduğu azərbaycançılıq ideologiyasını qeyd etməliyik. Çünki müasir tariximizlə yaxından maraqlanan hər bir kəs yaxşı bilir ki, son üç onillik ərzində ölkəmiz məhz Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideologiyası əsasında inkişaf edərək öz müstəqilliyinin dönməzliyini təmin edib. Tarixdən bəlli olduğu kimi, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələndə respublikamızda vəziyyət çox ağır idi. İqtisadiyyat dağılmışdı. İşğalçı Ermənistanın respublikamızın ağır vəziyyətindən sui-istifadə edərək beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin 20 faizini işğal etməsi böyük qaçqınlar ordusunun yaranması ilə nəticələnmişdi. Ən ağrılı məqam isə ondan ibarət idi ki, ölkənin belə çətin sosial-iqtisadi problemlər məngənəsində sıxıldığı, xarici təcavüzlə üzləşdiyi bir vaxtda cəmiyyətdə qarşıdurmalar getdikcə daha geniş vüsət alırdı. Ölkə vətəndaş müharibəsi astanasında idi və XX yüzilllikdə ikinci dəfə qazandığımız müstəqilliyin itirilməsi təhlükəsi tam real idi. Belə vəziyyətdə müstəqilliyimizi, xalqımızı, ölkənin bütün vətəndaşlarını vahid ideoloji əsaslar ətrafında birləşdirməklə xilas etmək mümkün idi və bunu müdrik dövlət xadimi Heydər Əliyev məharətlə bacardı. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideologiyası cəmiyyətin bütün sosial təbəqələrini, dini-etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları vahid amal uğrunda birləşdirən və səfərbər edən güclü platforma idi.
Müdrik dövlət xadimi Heydər Əliyev azərbaycançılıq ideologiyası vasitəsilə cəmiyyətimizin istəyini, maraqlarını ölkənin, dövlətimizin inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə istiqamətləndirdi. Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində milli mənsubiyyəti ilə qürur duyduğunu fəxrlə nəzərə çatdıraraq vurğulamışdı: “Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk olaraq ölkədə sabitliyin yaranmasına nail olmuşdur. Çünki sabitliyin yaranması respublikamızın inkişaf etdirilməsi, dövlət quruculuğu sahəsindəki islahatların həyata keçirilməsi, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası üçün olduqca vacib idi. Beləliklə, yenidən hakimiyyətə gələndən sonra qısa zaman kəsiyində vətəndaş qarşıdurmasının, hərc-mərcliyin qarşısını məharətlə alan, ölkəmizədə sabitliyin yaranmasına nail olan Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan tarixində yeni dövr başladı. Daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin gərgin və əvəzolunmaz fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara start verildi. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Ümummillli Liderimizin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” kimi tarixi ad almış ilk neft müqaviləsi imzalandı. Bununla da müstəqil Azərbaycanda yeni neft strategiyasının əsası qoyuldu. Məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkəmizin iqtisadi qüdrəti və maliyyə imkanları artdı ki, bu da Azərbaycana digər sahələrdə islahatların həyata keçirilməsinə, o cümlədən ordu quruculuğu sahəsində fundamental addımlar atılmasına imkan yaratdı. Azərbaycanın siyasi və iqtisadi istiqamətlərdə dünyanın aparıcı ölkələri ilə əlaqələri təmin edildi, ölkəmizin geosiyasi və tarixi şəraitə uyğun siyasəti müəyyənləşdirildi.
Həmin dövrdə, eyni zamanda, Ulu Öndər tərəfindən Azərbaycanda gənclər siyasətinin əsası qoyuldu ki, bir gənc kimi bu məqamın üzərində də xüsusi dayanmağı özümə borc bilirəm. Ümummillli Liderimiz 1993-cü ilin sentyabrında - Ali Məclisin Sədri işləyərkən gənclərin böyük bir qrupu ilə görüşmüşdü. Həmin görüşdə ətraflı müzakirələr aparılmış, təkliflər irəli sürülmüşdü. Məhz həmin təkliflər əsasında 1994-cü ilin iyununda Azərbaycanda dövlət gənclər siyasətini həyata keçirməli olan Gənclər və İdman Nazirliyi yaradıldı. 2 fevral 1996-cı il tarixində Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Bu, müstəqilliyimizi əldə etdikdən sonra gənclərlə bağlı keçirilən ən böyük tədbir idi. Həmin forumda geniş nitq söyləyən Ulu Öndər gənclər siyasətinin məqsəd və vəzifələrini, prioritetlərini dəqiqliklə açıb göstərmişdi. Həmin gündən sonra gənclərlə iş ən yüksək səviyyədə və konkret hədəfə yönəlməklə aparılmağa başlandı. Bundan bir il sonra isə Ümummilli Lider gənclərə böyük qayğısının daha bir təzahürü kimi, 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Azərbaycanda həyata keçirilən gənclər siyasəti, gənclərin ictimai-siyasi fəaliyyəti bir çox ölkələr üçün nümunədir.
Bu bir həqiqətdir ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il respublikamızda “Gənclər ili” elan edilib. Dövlətimizin başçısı 30 dekabr 2019 tarixində “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb ki, bu da ölkəmizdə, eyni zamanda, gənclərə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Məlumdur ki, ötən 17 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında “qara qızıl”ı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılıb. O cümlədən ötən dövrdə gənclər siyasəti ilə bağlı müxtəlif illəri əhatə edən bir neçə Dövlət Proqramı uğurla icra edilib.
Müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır. Son 17 ildə Prezident İlham Əliyev daim gənclərə xitab edərək onları ana Vətəni sevməyə, torpaqlarımızı qorumağa çağırıb. Digər tərəfdən, dövlətimizin başçısı şəxsi nümunəsi ilə gənclərə Vətənə necə xidmət göstərməyin nümunəvi modelini təqdim edib. Milli maraqlarımızın qorunması dövlətimizin başçısının fəaliyyətinin ana xəttini təşkil edir. Prezident İlham Əliyev son 17 ildə ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün ardıcıl səylər göstərib, bu məsələdə Ona göstərilən bütün təzyiqləri qətiyyətlə dəf edib. Gənclərimiz də dövlət başçısının fəaliyyətini və çağırışlarını özləri üçün həyat kredosuna çeviriblər. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən və torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi təsdiqlədi ki, Azərbaycan gənclərində vətənpərvərlik ruhu kifayət qədər yüksək səviyyədədir. İkinci Qarabağ müharibəsinin iştirakçılarının böyük əksəriyyəti məhz respublikamızda son 17 ildə formalaşan sağlam ruhlu, möhkəm əqidəli gəncliyi təmsil edirlər. Beləliklə, uğurlu gənclər siyasəti ölkəmizdə Vətənə, torpağa möhkəm tellərlə bağlı olan gənclər ordusunun formalaşmasını şərtləndirib. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad etmiş gənc nəsil məhz Ulu Öndər Heydər Əliyev məktəbinin, cənab Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir.
Sonda bir daha qeyd etmək yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu strategiya bu gün ölkəmizin müstəqilliyinin daha da möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı təmin olunması, zəngin və qüdrətli dövlətə çevrilməsi, eləcə də regionun və dünyanın enerji təhlükəsizliyində əsas yer tutan dövlət kimi nüfuzunun artması ilə nəticələnib. Bu siyasət hazırda Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Onun rəhbərliyi ilə davam etdirilən siyasi kurs nəticəsində Azərbaycan dövləti gündən-günə inkişaf edərək regionun liderinə çevrilib və yeni reallıq yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət hər dövrdə Azərbaycanın hərtərəfli inkişafına xidmət edib, indi də etməkdədir.
Ülviyyə AXUNDOVA
YAP Gənclər Birliyinin üzvü
Xəbər lenti
Hamısına baxSosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

