Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının növbəti iclası keçirilib
13.07.2021 [08:41]
İyulun 12-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib.
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın əlamətdar hadisə ərəfəsində keçirildiyini bildirib. O qeyd edib ki, 14 iyul 1969-cu il tariximizə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gün kimi daxil olub. Ulu Öndərin hakimiyyətə gəlişi respublikamızın intibah və tərəqqisinin başlanğıcı kimi dəyərləndirilir. Çünki o dövrə qədər Azərbaycan keçmiş ittifaqda ən geridə qalan respublikalar sırasında idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qısa müddət ərzində Azərbaycanda sosial-iqtisadi inkişaf, milli kadrların irəli çəkilməsi, gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində mühüm addımlar atıldı. Ən önəmli məqamlardan biri də budur ki, Ümummilli Liderimizin hələ sovet dövründə həyat keçirdiyi siyasət milli oyanış prosesində də vacib rol oynadı ki, bu da müstəqilliyimizə gedən yolun təməllərindən biri kimi qiymətləndirilir.
S.Hüseynova diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci hakimiyyəti dövrü isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğu kimi səciyyələndirilir. Belə ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan böyük dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərini, inkişaf strategiyasını müəyyənləşdirdi, müstəqilliyimizin dönməzliyini təmin etdi. 2003-cü ildən isə Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan daha da inkişaf edərək dünyada güclü və qüdrətli dövlətə çevrilib. Məhz bunun nəticəsidir ki, ötən il 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız erməni işğalından azad olundu, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
YAP Təftiş Komissiyasının sədri söyləyib ki, Vətən müharibəsində qazanılan parlaq qələbə yeni reallıqlar yaradıb. Bu reallıqlar siyasi sferanı da əhatə edir. Bu ilin mart ayında Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi və qurultayda mühüm qərarların qəbul edilməsi, partiyamızın Sədri, Prezident İlham Əliyevin partiya üzvləri qarşısında qoyduğu yeni vəzifələr bütün bunları bir daha təsdiqləyir.
Daha sonra iclasın gündəliyi barədə məlumat verən S.Hüseynova deyib ki, gündəliyə Təftiş Komissiyasının reqlamentinin təsdiq olunması və komissiyanın iş planı barədə məsələlər daxildir. Qeyd olunub ki, Təftiş Komissiyasının ilk iclasında reqlamentin hazırlanması barədə qərar qəbul olunmuşdu. Artıq bu sənəd hazırdır. 5 bölmə və 65 maddədən ibarət olan reqlamentdə Təftiş Komissiyasının fəaliyyət prinsipləri, qaydaları və digər məsələlər öz əksini tapır.
YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov sənədin üzərində zəruri işlərin aparıldığını, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənildiyini diqqətə çatdırıb.
Müzakirələr zamanı YAP Təftiş Komissiyasının üzvləri Sadiq Qurbanov, Cavanşir Paşazadə, Musa Musayev, Vüqar İskəndərov, Həsən Həsənov, Aydın Hüseynov, Məlahət İbrahimqızı və Elman Nəsirov çıxış edərək sənədlə bağlı rəy və təkliflərini bildiriblər. Müzakirələrin sonunda YAP Təftiş Komissiyasının reqlamenti qəbul olunub.
İclasda daha sonra YAP Təftiş Komissiyasının iş planı ilə bağlı məsələyə baxılıb və iş planının hazırlanması üçün işçi qrupunun yaradılması haqqında qərar qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

