Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının IX hesabat konfransı keçirilib
03.08.2021 [09:27]
Avqustun 2-də Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra hesabat məruzəsi ilə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, şəhər təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun qurur. Bu müddət ərzində partiyaya qəbul, təsdiq olunmuş iş planına əsasən, tədbirlərin keçirilməsi, nizam-intizamın gücləndirilməsi və şəhərin ictimai-siyasi həyatında fəal iştirak istiqamətində uğurlu nəticələr qazanıb: “YAP Sumqayıt şəhər təşkilatı öz sıralarında 28572 nəfər partiya üzvünü 336 ərazi ilk partiya təşkilatında birləşdirir. Onlardan 15649 nəfərini qadınlar, 13772 nəfərini isə gənclər təşkil edir. Şəhər təşkilatı təşkilatlanma işinin həyata keçirilməsini təmin edərək hesabat dövründə idarə və müəssisələrdə 9 ərazi partiya təşkilatı təsis edib. Hesabat dövründə 3334 nəfərin partiya üzvü olmaq haqqında ərizəsinə baxılıb və Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilib”.
R.Hüseynov qeyd edib ki, hesabat dövrü ölkəmizin həyatında mühüm uğurlar və əlamətdar tarixi hadisələrlə zəngin olub: “Uğurlu keçirilmiş 2018-ci ilin prezident, 2019-cu ilin bələdiyyə, 2020-ci ilin parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında önəmli yer tutub. Zəfərlə nəticələnmiş Vətən müharibəsi isə yaddaşlarımıza və tariximizə əbədi yazıldı”.
Sonra Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Akif Kərimovun hesabatı dinlənilib.
Müzakirələr zamanı YAP Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin üzvü, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, YAP Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, YAP Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin üzvləri - Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü Təbrik Quliyev və Sumqayıt Perinatal Mərkəzin baş həkimi, əməkdar həkim Təranə Rəcəbli, YAP Sumqayıt şəhər təşkilatının Şura üzvü, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru, Əməkdar müəllim Mətanət Pirquliyeva çıxış edərək şəhər təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrini önə çəkərək bildirib ki, bu tezis bütün dövrlər üçün öz aktuallığını qoruyur, partiyanın fəaliyyətinə bələdçilik edir. YAP yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirərək, qəbul etdiyi qərarlarla, irəli sürdüyü təşəbbüslərlə daim dövlətimizin, xalqımızın gələcəyinə xidmət edib, “Güclü dövlət, yüksək rifah” prinsipini gördüyü işlərin əsasında saxlayıb. Yeni Azərbaycan Partiyası son 18 ilə yaxın dövrdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edib, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirib.
Ə.Tağıyev YAP Sumqayıt şəhər təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Sumqayıt şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

