/ / “Postpandemiya reallıqları və gənc sahibkarlar: mövcud vəziyyət və perspektivlər” mövzusunda gənclərlə görüş keçirilib
“Postpandemiya reallıqları və gənc sahibkarlar: mövcud vəziyyət və perspektivlər” mövzusunda gənclərlə görüş keçirilib
13.08.2021 [09:17]
Avqustun 12-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Postpandemiya reallıqları və gənc sahibkarlar: mövcud vəziyyət və perspektivlər” mövzusunda gənclərlə görüş keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən İctimai Şuranın sədri Fərhad Qaraşov ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan danışıb, KOBİA yanında İctimai Şuranın fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, KOBİA yanında İctimai Şura cəmiyyət-dövlət-sahibkar arasında münasibətlərin və dövlət-özəl sektor tərəfdaşlığının inkişafı, eləcə də Agentlik üzərində ictimai nəzarətin həyata keçirilməsi məqsədilə yaradılıb. İctimai Şuranın hər zaman gənc sahibkarların fikir və təkliflərini dinləməyə hazır olduğunu deyən F.Qaraşov tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə YAP Gənclər Birliyinə təşəkkür edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin gənclərin biznes təşəbbüslərinin reallaşdırılması üzrə mövcud vəziyyətin və çətinliklərin öyrənilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi məqsədilə təşkil olunduğunu vurğulayıb. Qeyd olunub ki, qlobal pandemiya bütün dünyada olduğu kimi, Azərbaycanda da biznes sahəsinə təsir göstərib. Dövlətimiz pandemiyadan zərər çəkmiş biznes subyektləri üçün bir sıra dəstək tədbirləri həyata keçirib və postpandemiya dövrü üçün də xüsusi tədbirlər planı hazırlanıb. Orxan Məmmədov Agentlik tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə göstərilən dəstək və xidmətlər barədə məlumat verib, gənc sahibkarları və öz biznesini qurmaq istəyən gəncləri bu imkanlardan aktiv istifadəyə dəvət edib. Qeyd olunub ki, gənclər Agentliyin qrant, daxili bazar araşdırmasının aparılması, “Startap” şəhadətnaməsinin verilməsi, satış bazarlarına çıxış, biznes konsultasiya, təlim, sahibkar maraqlarının müdafiəsi və s. kimi dəstək və xidmətlərdən istifadə etməklə sahibkarlıq fəaliyyətlərini genişləndirə və öz biznes ideyalarını reallaşdıra bilərlər.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov ölkəmizdə həyata keçirilən gənclər siyasəti və gənclərə göstərilən dövlət qayğısı barədə fikirlərini bölüşüb. Yüksək vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızın işğaldan azad edilməsindəki rolundan danışan millət vəkili bildirib ki, bu, bir daha Azərbaycanda dövlət gənclər siyasətinin düzgün qurulduğunu göstərir.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov belə görüşlərin gənclərin inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti haqqında danışan B.İslamov bildirib ki, sahibkarlığa maraq göstərən gənclərimizin bu sahədəki yeniliklər və dəstək mexanizmləri haqqında məlumatlar əldə etməsi onların gələcəkdə biznes sahəsinə istiqamətlənməsinə mühüm dəstək olacaqdır. YAP Gənclər Birliyinin belə təşəbbüsləri daim dəstəklədiyini, bu istiqamətdə müvafiq qurumlarla əməkdaşlıq etdiyini deyən B.İslamov əlavə edib ki, Azərbaycanda gənc sahibkarların rolunun genişləndirilməsi milli iqtisadiyyatımızın inkişafı ilə yanaşı, yenidüşüncəli və innovativ gəncliyin formalaşmasına yardım göstərəcək.
Görüşdə gəncləri maraqlandıran suallar da cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

