Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın Yasamal və Səbail rayon təşkilatlarının nümayəndələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

YAP-ın Yasamal və Səbail rayon təşkilatlarının nümayəndələri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

05.11.2021 [14:03]

Noyabrın 5-də Yeni Azərbaycan Partiyasının Yasamal və Səbail rayon təşkilatlarının nümayəndələri 8 Noyabr - Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

Ziyarətçilərə verilən məlumatda qeyd olunub ki, “Hərbi Qənimətlər Parkı”nda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçını döyüş meydanında məğlub etməsi nəticəsində qənimət götürülən hərbi texnikanın bir qismi və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri nümayiş olunur. Parkı ziyarət edənlər Vətən müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə, 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Partiya fəalları parkda nümayiş etdirilən Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri avtomobillərin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi, yaralanması barədə faktlarla, eləcə də düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları ilə böyük maraqla tanış olublar.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Hərbi Qənimətlər Parkını Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Qələbəsinin əyani nümunəsi kimi dəyərləndiriblər.

Hərbi Qənimətlər Parkına ekskursiya ziyarətçilərdə xalqımızın Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadıb.

Paylaş
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30