Göygöldə Vətən müharibəsi şəhidinin anım tədbiri keçirilib
17.11.2021 [11:41]
Göygöl rayonunun Haçaqaya kəndindən olan Vətən müharibəsi şəhidi Ruslan Rafiq oğlu Binnətovun anım mərasimi keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini, Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Göygöl RİH-in başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev və digər tədbir iştirakçıları əvvəl Göygöl rayon Qırıqlı kənd qəbirstanlığında şəhidin məzarını ziyarət ediblər.
Daha sonra Göygöl rayonunun Haçaqaya kəndində şəhid Ruslan Binnətovun xatirəsinə həsr olunmuş ehsan bulağının açılışı olub. Açılış zamanı rayon ictimaiyyəti nümayəndələrinin və kənd sakinlərinin iştirak etdiyi açılışda şəhidin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb. Sonra Haçaqaya kəndinin girişində şəhid Ruslan Binnətovun xatirə kompleksinin önündəki sahəyə ağaclar əkilib.
Qeyd edək ki, şəhid Ruslan Rafiq oğlu Binnətov 22 avqust 2001-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub. 2007-ci ildə Elşad Məmmədov adına Göygöl rayon Haçaqaya kəndində 1-ci sinifə gedib, 2016-cı ildən Göygöl rayon Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta məktəbində təhsilini davam etdirib. 2019-cu ilin oktyabr ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən Ruslan Binnətov xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. Ruslan Binnətov 9 noyabr 2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Ruslan Rafiq oğlu Binnətov Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına” medalı ilə təltif edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

