Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Gününə həsr edilmiş tədbir keçirilib

Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Gününə həsr edilmiş tədbir keçirilib

04.04.2022 [11:32]

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Gününə həsr edilmiş tədbir keçirilib.

YAP Nəsimi rayon təşkilatından bildiriblər ki, tədbirdən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən bəhs edib. Bildirib ki, Ermənistanın 30 il ərzində inşa etdiyi nəhəng istehkamları, minaladığı hektarlarla cəbhə xətləri Azərbaycan Ordusunun cəsur zabit, gizir və əsgərlərinin canı-qanı bahasına yarıldı, düşmən ordusu darmadağın etdi. İşğaldan azad olmuş torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, dövlətimizin başçısının böyük sevinc hissi ilə xalqımıza çatdırdığı qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası YAP Nəsimi rayon təşkilatının sədr müavini, İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təsisçisi Abbas Pənahov deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə basdırılmış minalar səbəbindən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan indiyədək 200-dək azərbaycanlı (mülki və hərbi) ya həlak olub, ya da yaralanıb”.

Daha sonra Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) aparıcı mütəxəssisi Zamiq Aslan çıxış edərək mina təhlükəsizliyi barədə ətraflı danışıb, ANAMA-nın bu istiqamətdə gördüyü işlərdən bəhs edib.

Qeyd edək ki, İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Minalardan Azad Qarabağ” adlı layihəyə start verib.

Layihə çərçivəsində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. İlk tədbir isə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında keçirilib. Layihənin məqsədi gənc nəsil, xüsusilə məcburi köçkün statusuna malik tələbələr arasında mina təhlükəsizliyi barədə maarifləndirmə işinin aparılmasıdır.

Tədbir müzakirələr və təlimçi Sürayyə Səfərovanın iştirakı ilə seminar formatında davam edib.

Paylaş:
Baxılıb: 669 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31