/ / YAP Göygöl rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı silsilə tədbirlərə başlanıldı
YAP Göygöl rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı silsilə tədbirlərə başlanıldı
30.04.2022 [14:31]
Bu gün YAP Göygöl rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş ”Xalqa bağışlanan ömür” mövzusunda elmi praktik konfrans keçirildi. Konfransda Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Turani Əliyev və Azərbaycan Respublikası Milli Məclisinin deputatı YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğluiştirak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Konfrans iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarındankeçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət himninin səsləndirilməsi ilə işə başlayan konfransda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək, keçiriləcək silsilə tədbirlər çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş konfrans, dəyirmi masa, inşa, rəsm, musiqi və gənc istedadlar müsabiqələrinin, şahmat yarışı və intellektual oyunların nəzərdə tutulduğunu, gənclərin Heydər Əliyev mərkəzinə ekskursiyalarının təşkil olunacağını bildirmiş, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının son 30 ildəki inkişafı, Heydər Əliyev nurundan yaranmış Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət açmış və bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışmışdır.
Göygöl rayonundan seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşad Mirbəşiroğlu geniş məruzə ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin sözün əsil mənasında ömrünü Azərbaycan xalqına, dövlətçiliyimizininkişafına həsr etdiyini vurğulayaraq, xalqımızın və dövlətimizin bu günü üçün Heydər Əliyevə borclu olduğumuzu bildirmiş və ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin həyatımızın bütün sahələrini əhatə etdiyini, daim yeni-yeni uğurlara imza atıldığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni hədəflərin müəyyən olunduğu bildirmişdir.
Digər çıxış edən fəallardan YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Fərid Dünyamalıyev və Danayeri kənd Ərazi Partiya təşkilatının sədri Güləbatın Abbasova Ulu Öndər Heydər Əliyev ideyalarının bu günümüzün və gələcəyimizin daha da etibarlı təminatı, insanların rifah halının daha da yüksəlməsi üçün çox böyük əhəmiyyətəmalik olduğunu qeyd etmişlər.
Sonda Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Turani Əliyev çıxış edərək Heydər Əliyevin xilaskarlıq missiyasından danışaraq onun “Ümummilli Lider” adının xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını bildirmişdir.
Konfransın yekununda rayonun ictimai-siyasi həyatında və partiya quruculuğu işində fərqlənən bir qrup şəxslərə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

