Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub
01.05.2022 [14:05]
Ali Baş Komandanı İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi ordu quruculuğu prosesi xalqımızın zəngin və şərəfli ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində müasir inkişaf səviyyəsinə gəlib çatdı. Bu gün xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılmışdır. Ölkə rəhbərliyinin bu sahəyə olan yüksək diqqət və qayğısının nəticəsidir ki, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar bu gün Azərbaycan Ordusunun dünyanın güclü orduları sırasında olduğunu təsdiqləyirlər.
Xüsusilə qeyd olunmalıdır ki, müasir ordu quruculuğunu xarakterizə edən, Milli Ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır. Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha nümayiş etdirildi. Gənclərimizin bu gün dövlət başçısı İlham Əliyevin sərəncamı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də onlarda Vətən sevgisinin böyüklüyünün təsdiqidir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğu və bu sahədə perspektivlər barədə danışan Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
İkinci Qarabağ müharibəsindən sonra bütün dünya yeni Azərbaycanı kəşf etdi. Məlum oldu ki, onun yaxşı təlim keçmiş, müasir silah növləri ilə silahlanmış və ən əsası onlardan istifadə qaydalarını bilən ordusu var. Ekspertlərin sözlərinə görə, indi Azərbaycan ordusu istənilən kənar təhlükələrə hazırdır və təcavüzkarlara layiqli cavab vermək gücündədir. 44 günlük müharibə nəinki Azərbaycan Silahlı Qüvvələrinin möhkəmliyini, ilk növbədə, bu müharibə, əslində, vətənpərvər və azadlıqsevər əsgərlərin ruhunun gücünü göstərdi. Bu, böyük bir motivasiya idi. Razılaşaq ki, yaxşı təlim və silahlanma olsa da, motivasiya olmasa, müharibəni udmaq mümkün deyil. Müharibədə qalib gəlmək müharibə üsullarını daha da təkmilləşdirmək üçün böyük bir stimuldur. Bununla yanaşı, qeyd edək ki, Azərbaycan Ordusu pilotsuz uçan aparatlardan indiyədək dünyada heç kimin nümayiş etdirmədiyi səviyyədə istifadə etmək bacarığını nümayiş etdirdi. Bununla da bir çox ölkələrin ordularının döyüş əməliyyatları strategiyasında dəyişiklik etdi. Mütəxəssislər bildirirlər ki, hazırda Cənubi Qafqazda Azərbaycanın Ordusu, həqiqətən də, ən güclüdür.
Müharibədəki ağır məğlubiyyət Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Bu zəfərdən sonra xalq-dövlət-ordu birliyi yüksək səviyyəyə qalxdı. Ölkə başçısının dediyi kimi, bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir.
Vüsal Hüseynov- YAP Xocavənd rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

