Gəncədə “Ulu öndər Heydər Əliyev gənclərin gözü ilə” adlı konfrans keçirilib
06.05.2022 [17:04]
Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında “Ulu Öndər Heydər Əliyev gənclərin gözü ilə” adlı konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan konfransda Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
AMEA - nın Gəncə Bölməsinin gənc tədqiqatçısı, Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov, YAP Gəncə şəhər təşkilatının əməkdaşları Yüksəl Məmmədov, Kamran Abbasov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, gənclərdən Yaqub Yaqubzadə, Aygül Əliyeva, Gülçin Bayramova, Dəniz Hüseynov, Mədinə Əsədli çıxış edərək, Ulu Öndərin tarixi xidmətlərindən, mühüm ümumbəşəri fəaliyyətindən bəhs ediblər. Vurğulanıb ki, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ömrünün hər günü bir dastandır.
Natiqlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, Ümummilli Liderin gənclərə göstərdiyi diqqət və qayğıdan xüsusi ilə danışıblar. Bildiriblər ki, Ulu Öndər Heydər Əliyev gənclərin bilik və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi.
Konfransda o da qeyd edilib ki, şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulub. Vurğulanıb ki, bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünyaşöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Dəmir yumruqla düşmənin başı əzilib, ərazi bütövlüyümüz təmin edilib. Bununla da üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başlayıb.
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov qədirbilən xalqımız tərəfindən daim böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anılan Ulu Öndər Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərin heç zaman unudulmayacağını bildirib və konfransın işinə uğurlar arzu edib.
Sonda ADAU-nun tələbəsi Nərmin Qurbanova tədbir iştirakcılarını Ulu Öndər Heydər Əliyevin 99 – cu ildönümünə həsr olunmuş ağacəkmə aksiyasında iştirak etməyə dəvət edib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

