Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Cənub Qaz Dəhlizi böyük uğurları qazanmaq bacarığımızı nümayiş etdirir

Cənub Qaz Dəhlizi böyük uğurları qazanmaq bacarığımızı nümayiş etdirir

04.06.2022 [14:30]

İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri Bu gün beynəlxalq enerji sektorunda aparıcı tendensiyalar dünya iqtisadiyyatında yüksək texnologiyaların inkişaf dinamikası ilə müəyyənləşir. Qədim tarixə, zəngin və şərəfli ənənələrə malik Azərbaycanın neft-qaz sənayesi də bu tendensiyalardan kənarda qalmır, fəaliyyətini zamanın tələblərinə uyğunlaşdıraraq, modernizasiya və qloballaşma çağırışları ilə uzlaşdırır. Bu çağırışlar enerji sektoru qarşısında yeni məqsəd və vəzifələr qoyur, prioritet sahə olan rəqəmsal texnologiyaların inkişafını, bütövlükdə iqtisadi sistemə, o cümlədən, idarəetmə və tənzimləmə sisteminə tətbiq edilməsini labüdləşdirir. Ölkəmizin neftə, qaza, emal və kimya məhsullarına olan daxili tələbatını tam təmin etməklə, regional və qlobal enerji təhlükəsizliyində Azərbaycanın payını durmadan artırmaq həmişə olduğu kimi, başlıca strateji hədəflərdəndir. Bu gün bütün dünyada üstünlük bərpa olunan enerjiyə verilir və bu istiqamətdə gedən transformasiya prosesləri dəstəklənir. Müstəqillik illərində Azərbaycan öz enerji təhlükəsizliyinə böyük həcmdə sərmayə yatırıb, daxili bazarın tələbatlarını tam təmin edib və əməkdaşlıq etdiyi ölkələrin enerji təhlükəsizliyində daha böyük rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində ölkəmizdə vəziyyət çox gərgin idi. Bir tərəfdən erməni faşistlərinin torpaqlarını işğal edir, digər tərəfdən yarıtmaz ölkə rəhbərliyi iqtisadiyyatı iflic vəziyyətinə salmışdı. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yeni neft strategiyasının əsası qoyuldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə uğurla davam etdirilən tərəqqi və inkişaf strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal enerji layihələri ölkəmizin davamlı inkişafında mühüm rol oynayaraq, ölkə iqtisadiyyatının güclənməsinin, xalqın rifah halının durmadan yaxşılaşmasının mühüm amillərindən birinə çevrildi. Bunun üçün Azərbaycan bir sıra tədbirlər gerçəkləşdirdi. Ənənəvi olaraq keçirilən Xəzər Neft və Qaz Sərgiləri də diqqəti və sərmayələri ölkəmizə cəlb etmək baxımından xüsusi əhəmiyyətə malik oldu. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransında demişdir: “Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir”. Qeyd etmək lazımdır ki, son bir neçə ildə Azərbaycanın təşəbbüsü və ölkəmizin qlobal brendinə çevrilmiş SOCAR-ın birbaşa iştirakı ilə beynəlxalq və regional əhəmiyyətli bir neçə layihə uğurla icra olunmuşdur. Onlardan ən mühümü isə Cənub Qaz Dəhlizi layihəsi idi. Cənab İlham Əliyevin dediyi kimi “Cənub Qaz Dəhlizin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması ümumi iradəmizi, komanda daxilində işləmək və böyük uğurları qazanmaq bacarığımızı nümayiş etdirir. Bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürüdür. Buna görə, Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda qlobal enerji layihələrinə çevrilib”. Bir il beş aydır ki, Azərbaycan Cənub Qaz Dəhlizindən öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Bununla da Avropa qitəsinə mavi yanacağın ixracının artırılmasına müvəffəq olduq. İlbəil köhnə qitəyə qaz ixracının artırılması reallaşacaqdır. Hazırda, Rusiya və Ukrayna arasında baş verən müharibə Avropanın Azərbaycanın karbohidrogenlərinə olan tələbatını daha da artırmışdır. Köhnə qitənin tələbatının ödənilməsinə Azərbaycan yaxından köməklik göstərir. “Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman biz anladıq ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir. İndi isə, bizə sadəcə işləmək, yeni körpüləri salmaq, yeni əlaqələri qurmaq, interkonnektorları yaratmaq və Avropanın qaz bazarında fəaliyyətimizi genişləndirmək qalır. Əlbəttə ki, hazırda - iyunun 1-də söhbət apardığımız zaman vəziyyət tamamilə fərqlidir və Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, biz bunu nəzərə almalıyıq”. Bu fikirləri söyləyən prezident xüsusi ilə vurğulamışdır ki, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Deməli danışıqlar prosesi və müqavilələrin imzalanmasını sürətləndirməliyik. Hasilat artırılması məqsədi ilə ənənəvi tərəfdaşlar və sərmayədarlarla, eləcə də enerji şirkətlərlə işləri sürətləndirmək lazımdır. Azərbaycanın qarşısında duran növbəti plan yenilənən enerjidir ki, artıq bu sahədə işlər görülür. Bu sahədə Azərbaycan çox gözəl nəticələr nümayiş etdirir. Çünki biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik. Yeri gəlmişkən, Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə - bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib. Bütün bunlar Azərbaycan hökuməti tərəfindən ciddi şəkildə nəzərdən keçirilir və bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyulacaqsa, bir o qədər qaza qənaət ediləcək və ixrac olunacaq, bu, təbiidir. Bu Azərbaycanın hədəfidir və hər birimiz əminik ki, bu günədək planlaşdırdıqlarımızın hamısını reallaşdırdığımız kimi bu layihələrin də gerçəkləşməsi uzaqda deyil. Beləliklə Ulu öndər Heydər Əliyev tərəfindən zərgər dəqiqliyi ilə hazırlanmış enerji strategiyası Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilir. Yalnız neft və qaz sahəsində yox, Azərbaycan iqtidarı bütün planlarına maksimum dərəcədə səmərəliklə nail olub.

Paylaş:
Baxılıb: 137 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

07 İyul 10:44

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xarici siyasət

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31