Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dayanıqlı sülhün və inkişafın yol xəritəsi ölkəmizdə müzakirə edildi

Dayanıqlı sülhün və inkişafın yol xəritəsi ölkəmizdə müzakirə edildi

06.07.2022 [11:24]

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

İnkişaf modeli təqdir edilən və öyrənilməsinin vacibliyi bildirilən Azərbaycanın  beynəlxalq münasibətlər sistemində  rolunun artmasını   ev sahibliyi etdiyi  tədbirlərin say tərkibindən də müəyyənləşdirmək  mümkündür. Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəz kimi dünyanın diqqətindədir. Bu mühüm uğurumuzu şərtləndirən əsas amil dövlətimizin  düzgün müəyyənləşdirdiyi siyasət, zamanın tələblərinə uyğun həyata keçirdiyi islahatlardır. Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb.

Azərbaycanın uğurları, hadisələrə real yanaşması, hər bir sahədə zəngin təcrübəsi ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə müzakirə üçün müəyyənləşdirilən mövzularda da özünün aydın ifadəsini tapır. Bu baxımdan ölkəmizin  növbəti dəfə ev sahibliyi etdiyi beynəlxalq konfransın-iyunun 30-da Heydər Əliyev Mərkəzində keçirilən  Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin mövzusu olduqca diqqətçəkən və aktualdır. 120 ölkəni sıralarında birləşdirən, Azərbaycanın irəli sürdüyü təşəbbüs əsasında yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi  “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi”nin müzakirəsini ölkəmizdə aparmağı daha məqbul hesab etdi. Bu, ölkəmizin artan nüfuzunun, siyasi çəkisinin nümayişidir. Nəzərə alaq ki, Azərbaycan daim təşəbbüsləri ilə qurumun sıralarında birləşən dövlətləri bir araya gətirir,  qlobal poblemlərin müzakirəsini təmin edir. Parlamentlə yanaşı, Gənclər Şəbəkəsinin yaradılması zərurətini ortaya qoyan Azərbaycanın irəli sürdüyü və qurumun üzv dövlətlərinin dəstəyini qazanan digər təşəbbüsü Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı nitqində bir daha bildirdi ki,  indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək.

Bu gün Azərbaycan qalib ölkə kimi çıxış edir. Gündəmə gətirilən məsələlər yeni yanaşmaların ortaya qoyulmasını bir tələbə çevirir. Eyni zamanda, Azərbaycan ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində parlamentlərin rolunu xüsusi önə çəkir.

Azərbaycan  Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşuldu və fəaliyyətinin ilk günlərindən  həmrəylik, qarşılıqlı dəstək  prinsiplərinin təşviqinə töhfələr verməyə çalışır. Dövlət başçısı İlham Əliyev Bakı konfransında bir daha bəyan etdi ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.

Azərbaycan quruma üzv olduğu ilk gündən  bütün təşəbbüslərinin həyata keçirilməsində fəallığı ilə diqqət çəkir. Üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın quruma sədrlik müddətinin bir il artırılmasını da  ölkəmizə böyük  hörmətin  və fəaliyyətimizin qiymətləndirilməsinin bariz göstəricisi kimi qeyd edə bilərik. Ədalətə və beynəlxalq hüquqa söykənən və bütün məsələlərin bu prinsiplər  əsasında həllinə səy göstərən Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərində də diplomatik mübarizədə qazandığı uğurlar əhəmiyyətli rol oynadı. Azərbaycan BMT qətnamələrini təkbaşına icra etdi və dünyaya sübut etdi ki, ədalət, beynəlxalq hüquq mövcuddur, onların tətbiqi üçün vahid mexanizm olmalıdır.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamana təsadüf etdiyini nəzərə alsaq ölkəmizin bu qlobal problemin həllinə qlobal yanaşma ilə bağlı təşəbbüsünün də beynəlxalq səviyyədə təqdir edildiyini xüsusi qeyd etməliyik. Azərbaycan “COVID-19-a qarşı birlikdəyik” dedi və qurumun Zirvə Görüşünün keçirilməsinə nail oldu.

Azərbaycana beynəlxalq dəstəyi nümayiş etdirən, rolunun  artdığını təsdiqləyən xeyli sayda uğurlarımızı sadalaya bilərik. Dayanıqlı sülhün və inkişafın yol xəritəsinin ölkəmizdə müəyyənləşdirilməsi Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə söykənir.  Hər zaman vurğulandığı kimi,  bütün sahələrdə  dinamizm inkişafa səbəb olur.  Dövlətimizin siyasətində təkmilləşmə, yeniləşmə prioritetdir. Hazırkı dövrdə, tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın atdığı addımlar, irəli sürdüyü təşəbbüslər  Qoşulmama Hərəkatının inkişafına yönəlir. Dövlət başçısı İlham Əliyev Bakı konfransındakı nitqində bildirdi ki,  Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək  deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək. Nəticədə isə  həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq.

Paylaş:
Baxılıb: 112 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31