Azərbaycan-Qazaxıstan dostluğu, qardaşlığı möhkəm təməl üzərində
29.08.2022 [11:28]
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər təkcə regionumuzda sülh və sabitliyin deyil, həm də qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın nümunəsidir. Bu münasibətlərin bütün sahələrdə daha da inkişaf etməsi üçün tərəflərin siyasi iradəsi var. Din, dil və ortaq tariximiz də bunu tələb edir. Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edir.
Azərbaycan-Qazaxıstan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun təşəkkül tapması ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun mahiyyətindən irəli gəlir. Ulu Öndərin balanslaşdırılmış xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev Qazaxıstanla ikitərəfli əlaqələrin genişləndirilməsini ilk gündən vacib amil kimi nəzərdən keçirir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səfərinin yubiley tarixinə - ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsinə təsadüf etdiyini önə çəkərək bildirdi: “Biz kifayət qədər böyük yol keçmişik. Sıfırdan başlamışıq və bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik barədə tam əsasla danışırıq. Bu əməkdaşlığın genişləndirilməsi, şaxələndirilməsi barədə Bəyannamə imzalanıb. Bu, irəliyə doğru real addımdır”.
İki ölkə arasında əlaqələrin inkişafına xidmət edən sənədlərə diqqət yetirək. Bu baxımdan ki, imzalanan hər bir sənəd əməkdaşlığın sonrakı inkişafı üçün yol xəritəsi rolunu oynayır. 2004-cü il martın 1-də Astanada “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb. Hər iki sənəd iki dost, qardaş ölkənin qarşılıqlı etimad əsasında əlaqələrinin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində inkişaf etdirdiklərini təsdiqləyir.
Səfər çərçivəsində prezidentlərin təkbətək, geniş tərkibdə görüşlərinin keçirilməsi, 20-dən artıq sənədin imzalanması, Prezident İlham Əliyevin Qazaxıstanın “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif olunması iki ölkə arasında olan münasibətlərin yeni inkişaf mərhələsinin başlandığına və bu münasibətlərin bütün sahələrdə daha da inkişaf etməsinə işarədir. Ümumilikdə, bu günədək Azərbaycan ilə Qazaxıstan arasında 119 ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına daha da töhfə verir.
Keçirilən görüşlərdə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin Azərbaycana qazandırdığı uğurlardan geniş bəhs olunub. Təbii ki, bu gün Azərbaycanın xarici siyasət uğurlarının əsasında da möhkəm təməl dayanır. Ümummilli Lider bildirirdi ki, hər bir dövlətin təqdimatında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr əhəmiyyətli rol oynayır.
Mətbuata bəyanatında Qazaxıstan Prezidenti bu məqamı da xüsusi qeyd etdi ki, ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub və bu işdə, əlbəttə ki, Azərbaycanın milli lideri, bizim qardaş ölkənin Prezidenti İlham Heydər oğlu Əliyevin çox böyük şəxsi xidmətləri var: “Fürsətdən istifadə edib bir daha qeyd etmək istərdim ki, Azərbaycan bu gün Sizin güclü rəhbərliyinizlə öz inkişafında nəzərəçarpacaq nəticələrə nail olur, biz Sizin ölkənizdə bu tendensiyaları müşahidə edir və buna ürəkdən sevinirik”.
Qarabağın və Şərqi Zəngəzurun dinamik şəkildə dirçəldilməsindən məmnunluğunu ifadə edən dost ölkənin Prezidenti bərpa-quruculuq işlərinin uğurla başa çatması ilə yaxın gələcəkdə regionun çiçəklənən diyara çevriləcəyinə heç bir şübhənin olmadığını bildirdi. O da vurğulandı ki, Qazaxıstan öz tərəfindən bu nəcib işə əlindən gələn töhfəni verməyə hazırdır. Qazaxıstanın azad Qarabağımıza hədiyyəsinin təqdimatı keçirildi. Füzuli şəhərində Kurmanqazı adına incəsənət məktəbi tikiləcək. Bu obyektin inşası Qazaxıstanın aparıcı “BI” tikinti şirkətinə həvalə edilib.
Atılan addımlar Azərbaycan-Qazaxıstan dostluğunun, qardaşlığının, müttəfiqliyinin möhkəm təməl üzərində uğurla inkişaf etdiyini nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17

