İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır
30.08.2022 [11:34]
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dünyanın bir neçə böyük dövlətləri ilə əməkdaşlıq etməklə inkişaf yoluna qədəm qoydu. Bu dövlətlərdən biri də Qazaxıstan dövlətidir. Qazaxıstan və Azərbaycan əlaqələrinin kökü dərindir. Diplomatik münasibətlərin 30 ilinin tamamında isə hər iki dövlətin regional münasibətləri daha da dərinləşməyə başladı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri tərəflərin ikitərəfli münasibətlərini inkişaf etdirilməsində xüsusi rol oynamışdır. Hər yerdə bu iki dövlətin nümayəndələrinin qarşılıqlı şəkildə fəaliyyətdə olması beynəlxalq səviyyədə fəal əməkdaşlığın daimi olacağının göstəricisidir. Qazaxıstan ilə Azərbaycan arasındakı görüşlər və danışıqlar yaxın gələcəkdə iqtisadi-ticari münasibətlərin inkişafına təkan verəcəkdir.
Bildiyimiz kimi 2022-ci ilin avqustun 24-də Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Görüş zamanı dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın inkişafından, tərəqqisindən, dünya dövlətləri ilə əlaqələrinin durmadan inkişaf etməsindən ətraflı danışıb. Görüşdə Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.
Ötən illər ərzində dünyada baş verən müxtəlif hadisələr zamanı mövqeyi nəzərə alınan dövlətimiz regionda liderdir. Eyni zamanda Asiya və Avropa dövlətləri ilə dostluq, əməkdaşlıq müqavilələrinin imzalanması Azərbaycanın nüfuzunu yüksəldib. Qeyd edək ki, ikitərəfli münasibətlərdə həmişə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik. Təsadüfi deyil ki, ölkələr arasındakı ticarət dövriyyəsi durmadan artır. Bu münasibətlərin inkişafı əmtəə dövriyyəsinin artmasına da təkan verəcəkdir. Qazaxıstan prezidentinin Azərbaycana son rəsmi səfəri zamanı aparılan müzakirələrdə hər iki dövlətin investisiya sahəsində də böyük prespektivlərin və birgə investisiya layihələrdə iştirak üçün geniş iqtisadi potensiala malik olduğu müəyyənləşdirilmişdir. Qazaxıstan və Azərbaycan yeni nəqliyyat-logistika marşrutu yaratmağı da nəzərdə tutur.
Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərimizdə tikiləcək, mərkəzi Füzuli şəhərində olacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürüdür. Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi töhfə verəcək. Prezidentimiz cənab İlham Əliyev görüş zamanı bildirib ki, biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. İki qardaş dövlət arasında olduqca əhatəli və geniş bir əməkdaşlığın yeni təməli qoyulub.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17

