Tərtərdə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib
09.12.2022 [14:13]
YAP Tərtər rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.
09 dekabr 2022-ci il tarixdə keçirilmiş tədbir əvvəlcə rayon təşkilatının əməkdaşları və bir qrup YAP fəalı ilə birlikdə Tərtər rayon Heydər Əliyev Mərkəzində Ulu öndərin büstünün önünə tər çiçəklər qoyulması ilə başladı. Tədbir iştirakçıları sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıclığını əks etdirən şəkillərə baxdılar.
Tədbir sonra YAP Tərtər rayon təşkilatının Qərargahında davam etdirilimişdir.
Tədbirə başlamazdan əvvəl Yeni Azərbaycan Partiyasının yaradıcı, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov açaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 19 il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirdi. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduğuna diqqət çəkən rayon təşkilatının sədri işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib. Bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandğı şanlı zəfəri ilə başa çatdırıldığını deyib.
Sonra YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin zəngin və çoxşaxəli həyat, yaradıcılığını, fəaliyyətini əks etdirən məruzə ilə çıxış edərək bildirdi ki , Azərbaycanın bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır, bu yolun Heydər Əliyev yolu bu gün uğurla davam etdirilir. Heydər Əliyev siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixinin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu qeyd etdi. Azər Ağayev Prezident cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini diqqətə çatdırmışdır.
Tədbirdə həmçinin Qaraağacı ərazi partiya təşkilatının sədr müavini Rəşad Qarayev, Mənzil İstismarı İdarəsi Ərazi Partiya Təşkilatının sədri Hafiz Ələkbərov, YAP Tərtər rayon təşkilatının əməkdaşı Samirə Zeynalova çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə təhsil və səhiyyə sahəsində aparılan islahatlardan, qazanılan nailiyyətlərdən danışdılar. Çıxış edənlər həmçinin Azərbaycanın xilaskarı, YAP-ın qurucusu ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan, xalqı, vətəni üçün misilsiz tarixi xidmətlərindən ürəkdolusu danışmış, bu günkü qüdrətli Azərbaycanın xoş gələcəyindən söhbət açmışlar. Çıxış edənlər eyni zamanda bildirdilər ki, Heydər Əliyev siyasi kursu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla, dövrün və zamanın tələbinə uyğun yaradıcılıqla davam etdirilir. Heydər Əliyev dahi bir şəxsiyyət kimi, böyük ideyaların müəllifi kimi nəsildən-nəslə keçərək Azərbaycan xalqının qəlbində daimi yaşayacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

