/ / Zəfəri reallığa çevirən Ali Baş Komandanın siyasəti nəticəsində Azərbaycan yeni şanlı tarixini yazır
Zəfəri reallığa çevirən Ali Baş Komandanın siyasəti nəticəsində Azərbaycan yeni şanlı tarixini yazır
24.12.2022 [12:06]
Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli xahişi ilə ikinci dəfə Azərbaycana ali rəhbərliyə qayıtması ilə ölkəmizdə siyasi mühitin sürətlə inkişafı, demokratik dəyərlərə sadiq olaraq Dahi Liderimizin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət Onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının (YAP) sıralarının qısa müddətdə genişlənməsinə gətirib çıxardı. 1995-ci ildə keçirilən parlament seçkilərində həm proporsional, həm də majoritar sistem üzrə rəhbərlik etdiyi partiyanın böyük üstünlüklə qalib gəlməsi Ümummilli Liderimizin cəmiyyətdə nüfuzunun nə qədər yüksək olduğunu göstərdi.
1998-ci ildə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin yenidən qalib gəlməsi gənclərdən ən yaşlılara qədər partiya üzvləri ilə yanaşı, bütövlükdə xalqımızın yürüdülən siyasətə böyük dəstək verməsini sübut etdi. Yaradılmasının 30 illiyini qeyd etmiş partiyanın 1999-cu il dekabr ayının 20–21-də keçirilən I Qurultayı partiyanın və ümumilikdə Azərbaycan cəmiyyətinin həyatında mühüm rol oynadı. Qurultayda partiyanın strateji fəaliyyət istiqamətləri, o cümlədən Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, ölkəmizdə dövlət quruculuğu yönündə başlıca məqsəd və vəzifələr müəyyənləşdirildi.
2001-ci il 21 noyabr tarixində, yəni partiyanın yaranmasının 9-cu ildönümündə Bakı şəhərində keçirilən II Qurultay onunla əlamətdar idi ki, həmin vaxt Milli Məclisin deputatı, ARDNŞ-in vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev YAP sədrinin I müavini vəzifəsinə seçildi.
2005-ci il martın 26-da Bakı şəhərində keçirilən YAP-ın III Qurultayı istisna olmaqla, 2 avqust 2008-ci ildə keçirilən IV Qurultayı, 7 iyun 2013-cü ildə keçirilən V Qurultayı, 8 fevral 2018-ci ildə keçirilən VI Qurultayı prezident seçkiləri ərəfəsinə təsadüf edib və Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyev yekdilliklə partiyanın namizədi kimi irəli sürülüb və seçkilərdə böyük üstünlüyü ilə qalib gəlib. 2003-cü ildən sonra Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak edən YAP-ın ölkədə keçirilən bütün parlament və bələdiyyə seçkilərində mühüm uğurları, partiyanın namizədi cənab İlham Əliyevin qələbəsi Ulu Öndər Heydər Əliyevin ideyalarına xalqın böyük inam və etimadının olduğunu bir daha sübut etdi.
Yeni Azərbaycan Partiyasının rəhbərinin 2018-ci ildə keçirilən prezident seçkilərində yenidən dövlət başçısı seçiləndən sonra Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən son illərdə əldə edilən uğurlar nəticəsində Azərbaycan Respublikası əsrə bərabər inkişaf dövrünə qədəm qoydu. Belə ki, ölkəmiz nəinki regionda, hətta postsovet məkanında aparıcı mövqeyə çıxdı. Son illərdə əldə edilən nailiyyətlər sülh danışıqları aparan ölkəmizin öz silahlı qüvvələrinin də müasir döyüş qabiliyyəti olan orduya çevirilməsinə şərait yaratdı.
Qeyd edək ki, 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə güclü iqtisadiyyat və bu iqtisadiyyat əsasında qüdrətli ordu yaradıldı. Əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu öz müsbət nəticələrini verdi və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində Şanlı Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. 44 günlük müharibə dövründə Azərbaycan işğal olunmuş ərazilərini, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd döyüşlərlə azad edildi. Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər döyüş əməliyyatları aparılmadan Azərbaycana təhvil verildi.
Beləliklə, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev ötən il Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra da yeni dünya nizamının çağırışlarına cavab verən daxili və xarici siyasət yürüdərək Azərbaycan Respublikasınınbeynəlxalq arenada siyasi nüfuz və iqtisadi gücünün artmasına nail oldu.
Bu gün biz tam əminliklə deyə bilərik ki, Şanlı Qələbənin kökündə şəxsiyyət faktoru, İlham Əliyev fenomeni dayanır. Zəfəri reallığa çevirən Ali Baş Komandanın siyasəti nəticəsində hazırda azad edilmiş torpaqlarda şəhər və yaşayış məntəqələrinin aktiv bərpa prosesi aparılır və Azərbaycan özünün yeni şanlı tarixini yazır.
Zamir Hüseynov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
15 May 14:46
Gündəm
15 May 14:40
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33

