Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur.
13.01.2023 [11:56]
Yanvar ayının 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasim keçirilib və həmin mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev qeyd edib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Prezident bildirib ki, Azərbaycanın digər sahələri kimi idman sahəsi də dinamik şəkildə inkişaf edir. Ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.
Keçən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 800-dən çox medal qazanmış, onlardan 300-ə yaxını qızıl medaldır.
İlk öncə, bu il Türkiyənin Konya şəhərində keçrilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmiz 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görülmüşdür. Xatırladaq ki, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur.
Bu, onu göstərir ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir.
Dövlət başçısı vurğulayıb ki, gələcəkdə gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün dövlət tərəfindən daha böyük imkanlar yaradacaq.
Eyni zamanda, dövlətimizin başçısı Gənclər və idman nazirliyinin qarşısında qoyulan vəzifələrdən birinin də məhz bölgələrdə idman canlandırmaq, gənclərin, yeniyetmələrin, uşaqların gənc yaşlarından idmana cəlb edilməsi olduğunu və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyət daşıdığını bildirib.
Azərbaycan prezidenti Azərbaycanda idmana qayğı və sağlam həyat tərzinin təbliğ edilməsini dövlət siyasətinin prioritet istiqaməti olduğunu qeyd edərək idmana dövlət dəstəyinin əhəmiyyətinə toxunub. O deyib:"Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq".
O, Azərbaycanda bu gün idmanla məşğul olmaq üçün bütün imkanların olduğunu, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradıldığını, bu prosesin davam etdirildiyini, eyni zamanda, Bakı şəhərində ən mötəbər idman yarışlarının keçirildiyini, bundan sonra da ölkəmizdə həm dünya, həm Avropa çempionatlarının keçiriləcəyini bildirib. Dövlət başçısı bir vəzifə olaraq 2023-cü ilin bir çox parametrlər üzrə həlledici il olacağını qeyd edərək bütün idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri qarşısında Azərbaycanın Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləməsini bir vəzifə kimi qoyub.
Dövlət başçısi idmanın kütləviliyinə toxunub və bölgələrdə təbliğat daha geniş vüsət almalı olduğunu, Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradıldığını, trenajorlar quraşdırıldığını və bu təcrübənin bütün bölgələrə tətbiq edilməli olduğunu, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılmasının nəzərdə tutulduğunu bildirib və bütün bunları qeyd edərək deyib:" Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib".
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:39
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Dünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35

