/ / Vüsar İsmayılov: “Dövlət başçısı İlham Əliyevin Davos Forumunda müdrik və praqmatik çıxışı dövlətimizin qətiyyətinin göstəricisi idi”
Vüsar İsmayılov: “Dövlət başçısı İlham Əliyevin Davos Forumunda müdrik və praqmatik çıxışı dövlətimizin qətiyyətinin göstəricisi idi”
27.01.2023 [11:39]
“Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı dövlətimizin və xalqımızın maraqlarının, həmçinin bu günkü inkişafımız, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar, gələcək perspektivlərin beynəlxalq ictimaiyyətə açıqlanması istiqamətində önəmli bir platforma idi. Dövlət başçısının son dərəcə müdrik, praqmatik və gələcəyə hesablanmış fikirləri dövlətimizin rəsmi mövqeyi olmaqla yanaşı, eyni zamanda qətiyyətinin göstəricisi idi”.
Bu sözləri mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi. Onun sözlərinə görə Azərbaycan xarici siyasət kursunda qonşularla və digər ölkələrlə mehriban əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlıdır. Təbii ki, burada dövlətimizin və xalqımızın milli maraqları əsas götürülür. Azərbaycan müstəqil siyasət yürüdən bir dövlət olaraq öz mövqeyində qətiyyətli olduğunu əməli addımları ilə sübut edir. Hazırda reallaşan və reallaşması gözlənilən irimiqyaslı regional və beynəlxalq layihələrin təşəbbüsündə və həyata keçirilməsində Azərbaycanın əməyi və qətiyyəti danılmazdır. Bir sözlə, ölkəmiz bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmağı bacarıb ki, bu fakt indiki dünya düzənində və baş verən proseslər fonunda olduqca vacibdir.
Biz məsələlərin və poblemlərin həllində sülhün və danışıqların tərəfdarıyıq. Dövlətlər və xalqlar ancaq təhlükəsiz və əmin-amanlıq şəraitində qarşılıqlı dialoqla münasibətlərini tənzimləməli, birgə inkişafı hədəfləməlidir. Ölkələr zəruri əməkdaşlıq istiqamətlərini müəyyən etməli və bu yöndə fəaliyyət göstərməlidir. Ancaq belə olduğu təqdirdə, inkişafdan və tərəqqidən, sülhdən danışmaq olar: “Azərbaycan 30 ilə yaxın müddət tarixi ərazilərinin işğal və talan edilməsindən əziyyət çəkdi. Ərazi bütövlüyü pozuldu, bir milyona yaxın soydaşı qaçqın və məcburi köçkün vəziyyətinə salınaraq, öz evindən didərgin düşdü. İşğal altında qalan ərazilərimiz yerlə yeksan edildi, dağıdıldı, təbii sərvətlərimiz istismar olundu. Azərbaycan öz haqlı mövqeyini, beynəlxalq hüquqla müəyyən edilmiş bütün hüquqlarının pozulması faktları ilə bağlı dünyaya haqq səsini ucaltdı. Ermənistanla bir masa arxasında əyləşərək münaqişənin sülh yolu ilə həll edilməsinə çalışdı. Hətta BMT Təhlükəsizlik Şurası ölkəmizin haqlı mövqeyini özündə əks etdirən 4 qətnamə qəbul etdi və təəssüflə bildirilməlidir ki, beynəlxalq qətnamələr kağız parçası üzərində qaldı, icra edilmədi, Ermənistana heç bir təzyiq göstərilmədi. Belə vəziyyətlərin mövcudluğu təbii ki, sülh üçün əsl kabusdur”.
Rayon təşkilatının sədrinin bildirdiyinə görə Azərbaycanda nəqliyyat və infrastruktur layihələri də uğula icra olunur. Yeni yollar, körpülər salınır. Ölkəmizin bu sahədəki inkişaf göstəriciləri beynəlxalq hesabatlarda, hətta Davos Forumunun hesabatında da öz əksini tapır. Yolların inşası və keyfiyyətinə görə dünyada iyirmi yeddinci yerdə qərarlaşıb. Bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Bununla yanaşı, Prezident cənab İlham Əliyev ölkəmizdə həyata keçirilən sosial islahatlardan – son illərdə tikilib, istifadəyə verilmiş təhsil və səhiyyə ocaqlarının statistik göstəricilərini forum iştirakçılarının diqqətinə çatdırdı.
Vüsar İsmayılov onu da diqqətə çatdırdı ki, dövlət başçısının bir sıra vacib məsələlərlə bağlı Davos Forumu kimi tanınmış və nüfuzlu beynəlxalq tribunadan fikirlərini bölüşməsi, milli mövqeyimizi dünyaya çatdırması olduqca vacibdir və yüksək təbliğat əhəmiyyəti daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08

