Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır
06.02.2023 [10:57]
Vüsal Hüseynov – YAP Xocavənd rayon təşkilatının sədri
“Yaşıl Enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir.
“Yaşıl enerji”yə keçid kimi xarakterizə olunan qlobal enerji siyasəti öz aktuallığını getdikcə artırır. Artıq dünyanın əksər qabaqcıl ölkələrində yaxın perspektivdə mədən yanacağından tədricən “yaşıl enerji”yə keçmək planlaşdırılır. Bu məqsədlə ən müasir texnologiyaların tətbiqi ilə mövcud potensial hərəkətə gətirilir, alternativ və bərpa olunan enerji istehsalına diqqət artırılır. Bərpa olunan enerji texnologiyalarının tətbiqi ilə “yaşıl enerji”yə keçid isə öz növbəsində dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəflərinə çatmağı sürətləndirir.
Hazırda qlobal iqlim dəyişikliklərinin qarşısını almaq üçün planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Elə bu səbəbdən də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır. Bərpa olunan və ya “yaşıl enerji” dedikdə, tükənməz olan mənbələrdən alınan enerji başa düşülür. Bərpa olunan enerjidən istifadənin əsas prinsipi onu texniki istifadəyə verməkdir. Bərpa olunan enerji təbii ehtiyatlardan əldə edilir – günəş işığı, külək, yağış və s. Neft, təbii qaz, kömür və uran filizi kimi yanacaqlardan fərqli olaraq, bu enerji mənbələri tükənmir. Buna görə də onları bərpa olunan enerji mənbələri adlandırırlar. Məlum olduğu kimi, Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji tərəfdaşıdır. 2022-ci ilin iyulun 18-də imzalanmış “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun müddəaları nəzərə alındıqda, Sazişin əhəmiyyətini xüsusi olaraq vurğulamaq lazımdır. Buxarestdə sazişin imzalanması yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımlardan biridir.
Yaşıl enerji potensialının inkişaf etdirilməsi Azərbaycan respublikasının iqtisadi cəhətdən güclənməsi üçün çox vacibdir. Külək elektrik stansiyasının tikintisinin aparılacağı yerlərdə - Pirəkəşkül və Sitalçayda artıq 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb, layihənin ətraf mühitə və sosial sahəyə təsirlərinin qiymətləndirilməsi aparılır. Günəş- Elektrik Stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Stansiyaların elektrik enerjisi şəbəkəsinə qoşulması üçün investorların 3 yeni yarımstansiya tikməsi planlaşdırılır. Bu stansiyalar hesabına ümumilikdə ildə təxminən 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması gözlənilir.
Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri – 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilmişdir.
Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hazırda Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji dialoqu çərçivəsində təbii qazla yanaşı, yaşıl enerji və yaşıl hidrogen məsələləri də xüsusi yer tutur. Son dərəcə böyük perspektivi olan bu sahə isə Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcək, ölkəmizin “yaşıl enerji” yə keçidini sürətləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19

