Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ulu öndərin irsi milli sərvətimizdir

Ulu öndərin irsi milli sərvətimizdir

13.03.2023 [11:54]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev İli” kimi elan etməsi respublikamızda azərbaycançılıq ideyalarının, vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsinə zəmin yaradacaq.Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biridir.Ulu Öndər təkcə Azərbaycanda deyil,həm də Türk dünyasının tanınmış simalarındandır.Tanrı onu Azərbaycan xalqının xilaskarı kimi bu xalqa bəxş etmişdir. 

 Ulu öndər Heydər Əliyev tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş, özündə ən ali keyfiyyətləri birləşdirən bir şəxsiyyətdir. Ulu öndər özünün natiqlik məharəti, siyasi iradəsi, güclü dövlətçilik, çevik idarəetmə bacarığı ilə xalqının qəlbinə yol tapmağı bacarmışdır.Heydər Əliyev dövlət idarə edərkən həmişə xalqına arxalanan bir rəhbər idi.Onun ürəyi həmişə xalqı ilə birgə döyünürdü.Dahi şəxsiyyət xalqdan güc alırdı.Onun Azərbaycana rəhbərliyi dövründə Azərbaycanın dünya dövlətləri arasınadakı nüfuzu,siyasi və iqtisadi yüksəlişi bunu deməyə əsas verir. Milli qürurumuzu özümüzə qaytaran, soydaşlarımızın birliyini bərpa edən Ulu öndər Heydər Əliyev hər bir elini-obasını sevən Azərbaycanlıya Vətənini məhz Onun kimi sevməyi öyrətdi. Dahi şəxsiyyətin "Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri əbədi olaraq dilimizdə şüarına çevrildi. Ulu öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Qısa müddətdə Azərbaycanın beynəlxalq imici dəyişmiş, ölkəmiz dünyanın siyasi və iqtisadi arenasının fəal subyektlərindən birinə çevrilmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə siyasi plüralizm yaranmış, cəmiyyət əsl demokratiya yolu ilə inkişaf yoluna çıxmışdır.

 Ulu öndər Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətlərini heç kim inkar edə bilməz. Onun ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlət qurulması, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər unudulmazdır. Ulu öndər ölkədə bazar iqtisadiyyatının təşəkkül tapmasında, Azərbaycana xarici investisiyaların cəlb olunmasında, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində, xalqın rifah halının yüksəldilməsində çox böyük işlər görmüşdür. Məhz ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf etmiş və sivil dövlətlər sırasına çatmışdır. Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, beynəlxalq sahədə kifayət qədər nailiyyətlər qazanılmışdırsa, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər, uğurlar əldə edilmişdirsə – bunlar Heydər Əliyevin sayəsində mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyevin çoxsahəli ictimai-siyasi, sosial-iqtisadi, mədəniyyət və digər sahələrdə yorulmaz fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini Azərbaycan xalqı heç bir zaman unutmayacaq. Dahi rəhbərin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri bilavasitə onun rəhbərliyi ilə işlənib hazırlanan və həyata keçirilən sosial dövlət modeli olmuşdur. Ulu öndər  hakimiyyətə gələnədək ölkədə heç bir iqtisadi qanunlarla tənzimlənməyən sosial siyasət həyata keçirilirdi.

Bununla yanaşı, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi və Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığıən yüksək səviyyədə bəyan edildi. Bu da dahi şəxsiyyət Heydər Əliyevin sosial dövlət ideyasının Əsas Qanun səviyyəsində təsbit etməklə, bu ideyanın dövlətin inkişafında aparıcı amil kimi müəyyən edilməsini şərtləndirdi.

Azğın düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızın işğalından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına qovuşmaları da Ulu Öndərin bizə miras qoyduğu məqsədyönlü, çevik, praqmatik siyasətin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində reallığa çevrildi. 44 günlük Vətən müharibəsində dahi rəhbər Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan böyük Qələbə sevincini yaşadı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəman əsgər və zabitlərimizin canları, qanları bahasına torpaqlarımız düşmən tapdağından birdəfəlik azad edildi. Dünya Azərbaycanın tayı, bərabəri olmayan misilsiz Zəfərinə şahidlik etdi.

Xalqına şərəflə xidmət edən müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin bizlərə bəxş etdiyi dövlətçilik irsi ölkəmizi inkişafın, tərəqqinin yeni pillələrinə yüksəldir. Dahi şəxsiyyətin həyat fəlsəfəsi Vətənini, el-obasını sevən hər bir Azərbaycanlıya örnəkdir. Ulu Öndərin irsini öyrənmək, qorumaq, təbliğ etmək, gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur.Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün də Ümummilli Liderin əziz xatirəsi hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş şəkildə qeyd olunaraq, qürurla anılır.

YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov

Paylaş:
Baxılıb: 459 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31