YAP Samux rayon təşkilatında 31 mart soyqırımına həsr edilmiş tədbir keçirilib
31.03.2023 [14:37]
31 mart 2023-cü il tarixdə YAP Samux rayon təşkilatında 31 mart soyqırımına həsr edilmiş “31mart soyqırımı –tarixin qanla yazılmış yaddaşıdır” mövzusunda ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə qarşılıqlı diskussiya şəklində iclas keçirildi. Tədbirə Samux rayon İcra Hakimiyyəti Başçısı aparatının müavini Kəmalə Xəlilova dəvət edilmişdi.
Əvvəlcə 31 mart soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək qeyd etdi ki, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən bütün soyqırımları, o cümlədən 31 mart soyqırımını xalqımız heç vaxt unutmadı, mənfur düşmənə qarşı mübarizə əzmini artırmaqla, bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz parlaq qələbələrə imza atdı, torpaqlarımızı işğaldan azad etməklə, şəhidlərimizin, günahsız insanların, bütün soyqırım qurbanlarının qanını yerdə qoymadı. O qeyd etdi ki, 1918-ci ilin mart-aprel aylarında daşnak- bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımlar təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı cinayətlərdən biridir.
Daha sonra iclasda iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısı aparatının müavini Kəmalə Xəlilova mövzu ətrafında öz fikirlərini bildirərək qeyd etdi ki, Azərbaycanda XIX-XX əsrlərdə baş verən bütün faciələr torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin xalqımıza qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırımı günündən bizi bir əsrlik zaman fasiləsi ayırsa da, tarixdə heç zaman unudulmayacaq.
İclasda iştirak edən natiqlər mövzu ətrafında müzakirələr apardılar, bir sıra tarixi faktlara istinad edərək erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən ətraflı bəhs etdilər. Qeyd etdilər ki, hər il martın 31-də Azərbaycan xalqı bu kütləvi və amansız soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir. Ölkəmizdə və onun hüdudlarından kənarda anma mərasimləri keçirilir, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçrilmiş soyqırımı və etnik təmizləmə siyasəti barədə əsl həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində xeyli işlər görülür.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31

