Qarşılıqlı etimad, səmimi münasibət
14.04.2023 [11:56]
Aprelin 10-da Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri, səfər çərçivəsində Prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri, imzalanan sənədlər, dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət daşıyır.
Xalqlarımızı ortaq tarix, ortaq köklər birləşdirir. İki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin böyük xidmətləri vardır. Ölkələrimizin qət etdikləri 30 ildən artıq əməkdaşlıq yolu qarşılıqlı etimada, səmimi münasibətə əsaslanır. Bu baxımdan ölkələr arasında əlaqələrin inkişafında etimad əsas amildir. Səfər çərçivəsində ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilməsi mühüm qərar oldu. İmzalanan bir sıra yeni sazişlər çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək.
Qeyd etdiyimiz kimi, əlaqələrin inkişafında əhəmiyyətli rol oynayan qarşılıqlı səfərlərdə diqqəti çəkən əsas məqam Prezidentlərin təkbətək, eyni zamanda, geniş tərkibdə keçirilən görüşlərində aktual məsələlər ətrafında aparılan müzakirələrlə yanaşı, imzalanan sənədlərdir ki, bunlar da qarşıda duran hədəflərə bələdçilik edir. Ötən il Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”, həmçinin müvafiq strukturlar tərəfindən 20-dən artıq sənəd imzalandı. Cənab İlham Əliyevin bu günlərdə gerçəkləşdirdiyi səfər zamanı 7 sənəd imzalandı. Ümumilikdə bu günədək iki ölkə arasında imzalanan sənədlərin sayı 134-dür. Hər bir sənəd əlaqələrin inkişafında yeni istiqamət, hüquqi bazadır. Sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrası fonunda münasibətlərin inkişaf coğrafiyası daha da genişlənir. Hazırda iki ölkə arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətlə inkişaf edir. Prezidentlərin mətbuata bəyanatlarında cənab İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında müttəfiqlik münasibətləri qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir. Bu gün bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar artıq reallaşır.
Ümumilikdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq münasibətləri formalaşıb. Ölkə Prezidenti İlham Əliyevin ardıcıl səfərləri bunun bariz nümunəsidir. Azərbaycan ilə Qazaxıstan arasında hər bir sahədə münasibətlərin yüksək səviyyədə olması və əlaqələrin müsbət dinamikası həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz regionunun maraqlarına cavab verir. İqtisadi, siyasi, ticari-iqtisadi, mədəni-humanitar əlaqələr daha da möhkəmlənir. Bu münasibətlərin əsasını xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Ortaq soykökə və ümumi tarixə söykənən Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə yüksəlir. Dövlət başçısı İlham Əliyev görüşlərdə bu reallığı da diqqətə çatdırdı ki, Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir. Bu da bugünkü dünya siyasətində ən mühüm amildir. Ölkələrimizin milli maraqlarının müdafiəsinə prinsipial yanaşma nümayiş etdirməyimiz də xalqlarımızın xarakterinə dəlalət edir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55

