Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Samuxda Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Samuxda Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib

28.04.2023 [13:07]

28 aprel 2023-cü il tarixdə YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin,   səhiyyə işçilərinin  və partiya fəallarının iştirakı ilə akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş “Akademik Zərifə xanım  Əliyeva bu gün milyonlarla insanın qəlbində yaşayır” mövzusunda tədbir keçirildi. Əvvəlcə   ulu öndər  Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu.

 Sonra tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının  sədri Gündüz Bayramov diqqətə çatdırdı ki, dövlət başçısı İlham Əliyevin "Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında" 3 noyabr 2022-ci il tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində görkəmli elm xadiminin yubileyi geniş şəkildə qeyd olunur.

Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. Ölkəmizdə XX əsrin birinci yarısına qədər daha çox terapiya və cərrahiyyə sahələrinin inkişaf etdiyini vurğulayan Gündüz Bayramov məhz Zərifə xanım Əliyevanın xidmətləri sayəsində əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrildiyini diqqətə çatdırdı.

Gündüz Bayramov, Zərifə xanım Əliyevanın həm də ölkəmizdə böyük ictimai xadim kimi qəbul olunduğunu,  alimin çoxcəhətli fəaliyyətinin ölkəmizdə hər zaman yüksək qiymətləndirildiyini vurğuladı.  Zərifə xanım Əliyevanın  Əməkdar elm xadimi adına, "Qırmızı əmək bayrağı" ordeninə layiq görüldüyünü o zaman üçün əlçatmaz sayılan "Averbax" mükafatının Azərbaycana gətirilməsinin mümkünlüyünü sübut etdiyini diqqətə çatdırdı.

Daha sonra tədbirdə iştirak edən  ərazi partiya təşkilat sədrləri  İlham  Həsənov, Ağca Atai, Təhminə Əliyeva və partiya fəallarından Şəlalə Tağıyeva,  Zərifə Məmmədova 2023-cü ilin xalqımız üçün əhəmiyyətli dövr olduğunu qeyd edərək, bu il tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə bərabər, onun ömür-gün yoldaşı, dahi şəxsiyyət, görkəmli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də 100 illik yubileyinin təntənə ilə qeyd olunduğunu vurğuladılar. Akademikin şəxsi keyfiyyətləri,  humanistliyi ilə seçilən peşəsi haqqında ətraflı bəhs edən  natiqlər,  Zərifə Əliyevanın oftalmologiya sahəsində həm praktik-həkim kimi çalışdığını, həm də uzun illər ərzində elmi tədqiqatlar apardığını, yaşadığı dövrdə respublikamız üçün real problem olan gözlərin traxoma xəstəliyi ilə yaxından maraqlandığını, öz araşdırmalarını bu problemin həllinə yönəltdiyini bildirdilər.

Görkəmli alimin ictimai fəaliyyətinin bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsinə qaldırıldığını, inkişaf etdirildiyini diqqətə çatdırdılar.

Paylaş:
Baxılıb: 433 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31