Ulu öndərin və bütün Azərbaycan xalqının arzusunu çin etdik
15.05.2023 [13:10]
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması münasibəti ilə Prezident cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalamışdır. 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri olan Ulu Öndərə verilən böyük dəyərin göstəricisidir. Məlum Sərəncamdan irəli gələrək həm Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarlarda silsilə olaraq bir çox tədbirlər keçirilir.
Məlum olduğu kimi 10 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşa şəhərindən xalqa müraciət etmişdir. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi günündə məhz Şuşadan xalqa müraciətinin siyasi, tarixi və mənəvi əhəmiyyəti var. Dövlətimizin başçısının özünün də qeyd etdiyi kimi, o, xalqa müraciətini Bakıdan yaxud ölkəmizin hər hansı başqa şəhərindən də edə bilərdi. Lakin Şuşa bir başqadır. Əziz Şuşa adına bir çox anlamlar yükləməmiz mümkündür – Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. “Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi!” deyən Prezident İlham Əliyev vurğuladı ki, Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.
Dövlət başçımız xalqa müraciətində Ulu öndər Heydər Əliyevin həyatından, ölkəsi , xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açdı.Ümummilli lider Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etdiyini, Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxardığını, 1982-87-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Sovet Hökuməti sədrinin birinci müavini kimi daim Azərbaycana öz diqqətini, qayğısını göstərirdiyini bildirdi.
“Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu” deyən Prezident İlham Əliyev qeyd etdi ki, Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir.
1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasında bəhs edən cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaranması bütövlükdə bütün Azərbaycanda böyük əks-səda verdiyini və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrildiyini və bu gün də bunun, belə olduğunu vurğuladı.
İşğaldan azad edilmiş ərazilərimzidə aparılan bərpa- quruculuq işlərindən bəhs edən Dövlət başçımız qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Müharibədən cəmi iki il yarım keçəndən sonra artıq keçmiş köçkünlərimiz iki kənddə qayıtmışlar. Son bir neçə gündə bilavasitə cənab prezidentin iştirakı ilə daha 10 kəndin bünövrəsi qoyuldu. Bütün şəhərlərin baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır. Bu gün Qarabağ və Zəngəzur yenidən dirçəlir.
Cənab prezident çıxışında qeyd etdiyi kimi onun ölkəyə rəhbərlik etdiyi dövr ərzində yetişmiş gənc nəsil ikinci Qarabağ müharibəsində böyük şücaət nümayiş etdirərək Vətən torpaqlarını düşmən tapdağından azad etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi oldu.
Azərbaycan xalqının gələcəklə bağlı öz aydın yolu Heydər Əliyev yoludur deyən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirir.
Beləliklə, Prezident İlham Əliyev mayın 10-da Şuşa şəhərində xalqımıza müraciətində mühüm məqamlara toxundu, ölkəmizin əldə etdiyi uğurlardan, nailiyyətlərdən bəhs etməklə yanaşı, gələcək hədəflərdən də bəhs etdi . Dövlətimizin başçısı vətəndaşlarla, xalqla açıq ünsiyyətə üsünlük verdiyini bir daha nümayiş etdirdi.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

