Böyük tarixə malik münasibətlər
05.06.2023 [16:10]
Azərbaycanın böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələrini qururması ikitərəfli münasibətlərinin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq səviyyədə təqdir edilir, ölkəmizlə əlaqələr yeni istiqamətlər üzrə inkişaf etdirilir. Bu gün mətbuatda geniş müzakirə edilən Azərbaycan-İsrail münasibətləri də böyük tarixə malikdir, münasibətlərin gələcək inkişafı üçün möhkəm baza mövcuddur. Qarşılıqlı səfərlər fonunda möhkəmlənən bu əməkdaşlıq üçün yeni yaranan imkanlar İsrail Prezidenti İsxak Hersoqun mayın 30-da ölkəmizə rəsmi səfəri zamanı geniş müzakirə edildi. Prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində aparılan müzakirələrdən bir daha bu qənaət yarandı ki, Azərbaycanın xarici siyasətində İsrail ilə əlaqələrin inkişafı mühüm yer tutur. Ötən illər ərzində bu münasibətlər dinamik şəkildə inkişaf edib. Son illər isə bu dinamika əhəmiyyətli dərəcədə artıb. Bunun nəticəsidir ki, ötən ilin sonlarında Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qərar qəbul olunub. Bu ilin əvvəlində isə səfirimiz həmin ölkədə rəsmən fəaliyyətə başlayıb. İsrail Prezidentinin ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək. Prezidentlərin mətbuata bəyanatlarında dövlət başçısı İlham Əliyev ölkələrimiz arasında ayrı-ayrı sahələrdə mövcud imkanlardan danışdı. İqtisadi əlaqələrin inkişafını təsdiqləyən rəqəmlər qeyd edildi. “Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir” söyləyən Prezident İlham Əliyev bildirdi ki, səfər çərçivəsində, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsi də müzakirə edildi. Çünki ölkəmiz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görür. Ölkələrimiz, eyni zamanda, müdafiə sənayesi sahəsində də fəal əməkdaşlıq edir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da ölkəmizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir, dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı, ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Ümumilikdə İsrail Prezidentinin ölkəmizə səfəri əlaqələrimizin inkişafında yeni səhifə açır. Bu, hər iki dost ölkə üçün faydalıdır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35

