Ordu quruculuğu hər zaman prioritetdir
04.07.2023 [12:17]
Məlum olduğu kimi, Silahlı Qüvvələr Günü ərəfəsində, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissəsinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Dövlət Bayrağını təqdim edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyev tədbirdə çıxış edərək mühüm məqamlara toxunmuş, çox ciddi mesajlar səsləndirmişdir. 44 günlük Vətən müharibəsində möhtəşəm tarixi qələbənin qazanılmasından, zəfərin mənəvi-siyasi və hərbi-strateji əhəmiyyətindən, Azərbaycan ordusunun xüsusi peşəkarlıq və qəhrəmanlığından, bu gün ordu quruculuğunun müasir çağırışlara uyğun davam etdirilməsindən və digər olduqca əhəmiyyətli məsələlərdən bəhs edən dövlətimizin başçısı bayram günü ərəfəsində ölkəmizdə növbəti komando hərbi hissəsinin açılmasının çox əlamətdar hadisə olduğunu qeyd edib.
Prezident İlham Əliyev çıxışında müharibədən sonra onun göstərişilə Müdafiə Nazirliyində komando qüvvələri yaradıldığını və komandoların sayı gündən-günə artdığını qeyd edib. Dövlət başçımız bildirib ki, artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq.
Müzəffər Ali Baş Komandan İkinci Qarabağ müharibəsi dövründə Xüsusi Təyinatlı Qüvvələrin şücaətindən, qəhrəmanlığından, bəhs edərək bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu olduğunu qeyd edib.
Prezident İlham Əliyev çıxışında bu gün Silahlı Qüvvələrin vahid proqram əsasında inkişaf etdirildiyini və əmin olduğunu bildirdi ki, yaxın gələcəkdə Ordumuz yeni, yüksək səviyyəyə qalxacaq. Dövlətimizin başçısı onu da qeyd etdi ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.
Ordumuzun daha da gücləndirilməsinin bir nömrəli vəzifə olduğunu və buna nail olmaq üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən Prezident İlham Əliyev Müdafiə Nazirliyinin strukturunun təkmilləşməsi prosesi getdiyini və bu prosesin davam etdiyini bildirdi.
Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcək deyən Müzəffər Ali Baş Komandan vurğuladı ki, yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdəndir.
Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunaraq Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürdüyünü, ancaq bu günə qədər bu öhdəliyi yerinə yetirilmədiyini bildirib. Dövlət Başçımız onu da xatırladıb ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılması bizim digər şərtimizdir və bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdəndir. Bu da icra edilmir. Cənab İlham Əliyev qeyd edib ki, Biz hələlik özümüzü təmkinlə aparırıq. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır deyən dövlətimizin başçısı keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qaytarıldığını xatırlatdı və bildirdi ki, dediyimiz kimi düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin səsləndirdiyi kimi bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

