Azərbaycan-Özbəkistan münasibətlərinin yüksələn xətlə inkişaf edəcəyi şübhə doğurmur
28.08.2023 [15:10]
Azərbaycan türk dünyası ilə münasibətlərə xüsusi önəm verir. Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlıq bu gün ən yüksək səviyyədədir. Türk Dövlətləri Təşkilatı çərçivəsində digər türkdilli ölkələrlə əlaqələr hər keçən gün yeni müstəviyə qədəm qoyur. Azərbaycan türk dünyasında sarsılmaz nüfuzu ilə seçilən ölkələrdən biridir. Məhz 2022-ci ildə dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir.
Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulmuşdur. Buna baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə söykənir.
Özbəkistan Prezidentinin Şavkat Mirziyoyevin avqustun 22-23-də Azərbaycana səfəri iki ölkə arasındaki münasibətlərə xüsusi önəm verir. Belə ki, cənab Şavkat Mirziyoyev ötən ay keçirilən növbədənkənar seçkilərdə prezident seçildikdən sonra ilk rəsmi səfərini məhz Azərbaycana etdi. Bu çox mühüm bir hadisədir və iki ölkə arasında mövcud qardaşlıq, dostluq münasibətlərinin bariz nümunəsidir. Digər tərəfdən bu görüşlər fikir mübadiləsi aparmaq, birgə tapşırıqların icrasına nəzarət etmək və əməkdaşlığa dair ümumi öhdəliklərini gücləndirmək üçün platforma rolunu oynayır.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında başladığı tikinti-quruculuq, infrastruktur layihələrinə Özbəkistan da öz töhfəsini verib. Özbəkistan prezidenti Azərbaycana səfəri çərçivəsində azad edilmiş Qarabağ torpaqlarında oldu. Şavkat Mirziyoyev Qarabağa səfər edən ikinci türk dövləti başçısı idi. Prezident Füzulidə şəxsi təşəbbüsü ilə tikilən məktəbin açılışında iştirak etdi. Füzulidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə tikilən Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılışında dövlətimizin başçısı Qarabağın bərpa işində xarici dövlətin ilk hədiyyəsini qeyd edərək, yüksək dəyərləndirdi. Bu onun Qarabağda quruculuq işlərinə böyük önəm verdiyinin göstəricisidir. Öz növbəsində Azərbaycan da Cənubi Qafqazın mühüm dövləti kimi regionda Özbəkistanın əsas tərəfdaşı ola bilər.
Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycanın Özbəkistan, eləcə də digər Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daim yüksələn xətt üzrə inkişaf edir, xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri dərinləşir və çoxşaxəli tərəfdaşlığımız yeni inkişaf mərhələsinə qədəm qoyur.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

