Hər bir çağırış gələcəklə bağlı yol xəritəsidir
30.08.2023 [13:38]
Bu gün qürurla Azərbaycanın tarixi Zəfərindən, yaratdığı yeni reallıqlardan bəhs edirik. Şanlı Zəfərimizi şərtləndirən amillər sırasında gənclərimizin torpaq və Vətən sevgisi xüsusi qeyd edilir. Təbii ki, gənclərimizin milli ruhda böyüməsində, tərbiyəsində dövlətin onlara diqqət və qayğısı əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır” çağırışı özündə bütün məqamları ehtiva edir. Dahi şəxsiyyətin bu çağırışının davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, indi Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə bizim işimizə qarışa bilməz. Düzdür, belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək. Ancaq digər çağırışlar var, digər məsələlər var ki, biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Ümummilli Liderin hər bir çağırışı azərbaycançılıq ideologiyasının təbliğinə və inkişaf etdirilməsinə xidmət edib. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların həyat amalına, gənclərimizin fəaliyyətinin əsasına çevrildi. Dahi şəxsiyyət, həmçinin bildirirdi ki, Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.
Bu fikri qürurla qeyd edirik ki, Ümummilli Liderin hər bir tezisi, çağırışı bu günümüz və gələcəyimiz üçün bir yol xəritəsi oldu. Azərbaycan gənclərinin dilimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi öyrənməsi, inkişaf etdirməsi və qoruması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı ki, Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir. Müasir müstəqil Azərbaycanın hədəflərinin reallığa çevrilməsinə öz böyük töhfələrini verməyə qadir gənclərimiz vardır. Azərbaycan gənclər ölkəsidir. Əhalinin böyük qismini gənclər təşkil edir. Gənclər daim yenilikçi, təkmilləşməyə meyilli olur. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb. Tarixi Zəfərimiz Azərbaycan gənclərinin hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Torpaqlarımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Azərbaycan gəncləri vətənpərvərliyi, torpağa bağlılığı ilə dünyaya səs saldı. Artıq Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Azərbaycanın dünyaya təqdim etdiyi dirçəliş modeli özündə bütün yenilikləri əks etdirir. Bu isə öz növbəsində gələcəklə bağlı mühüm çağırışlara yol açır. Yeni nəslin üzərinə düşən vəzifələri “Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır” sözləri ilə bildirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz xoşbəxt, parlaq gələcəyə doğru inamla irəliləyirlər. Elmi nailiyyətləri, aparılan islahatlarda fəallıqları, özəl sahələrdə qazandıqları nailiyyətləri ilə güclü intellektual potensiala malik olduqlarını Vətənə xidmətləri ilə bildirən Azərbaycan gəncliyi dünyada mövcud olan ən müasir texnologiyalar əsasında yeniliklərə imza atmaqda fərqlənirlər. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq görərik ki, gənclərimiz bu sahədə qazandıqları bilikləri ilə ölkəmizin inkişafına davamlı töhfələr verirlər. Gənclərimizin yenilikçi, böyük potensiala malik olmaları onların dövlət idarəçiliyində irəli çəkilmələrində əhəmiyyətli rol oynayır. Azərbaycan innovasiyalar ölkəsi kimi nüfuzunu daha da möhkəmləndirir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

