/ / YAP Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil edib
YAP Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil edib
30.12.2011 [13:42]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə bayram tədbiri təşkil edib.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə öz təbriklərini çatdırıb. 2011-ci ilin Azərbaycan üçün çox uğurlu olduğunu deyən S.Orucov bildirib ki, cari il ərzində bütün sahələrdə yüksək inkişaf göstəriciləri qeydə alınıb: “Bu il Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Eyni zamanda, Azərbaycan “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi oldu”.
“Bu il də gənclər üçün olduqca əlamətdar oldu. Dövlətin gənclərə xüsusi diqqət və qayğısı 2011-ci ildə də ən yüksək səviyyədə öz təzahürünü tapdı. Bu il “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” qəbul edildi, Gənclər Fondu yaradıldı, doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzaladı. Bütün bunlar isə dövlətin gənclərə olan diqqət və qayğısının bariz nümunəsidir”, - deyə YAP Gənclər Birliyinin sədri bildirib.
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə öz təbriklərini çatdırıb, gənclərə yeni ildə öz fəaliyyətlərində nailiyyətlər arzulayıb: “Bu gün Azərbaycanın gələcəyi olan gənclərlə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə tədbir keçiririk. Azərbaycan 2011-ci ildə bütün sahələrdə - daxili və xarici siyasətdə əhəmiyyətli nailiyyətlər əldə edib. İnanırıq ki, məhz bu cür nailiyyətlərlə yola saldığımız ildən sonra qarşılayacağımız 2012-ci ildə də daha mühüm və böyük uğurlar əldə edəcəyik. Eyni zamanda, 2011-ci ildə, bir neçə gün bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri hörmətli İlham Əliyevin anadan olmasının 50 illiyini də qeyd etdik. Hesab edirəm ki, 2011-ci il Yeni Azərbaycan Partiyasının hər bir üzvü üçün, həm də, bu mənada əlamətdardır”.
Tədbir maraqlı konsert proqramı ilə davam edib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25

