Ümummilli Liderin 30 il əvvəl Azərbaycan Prezidenti seçilməsi önəmli tarixi hadisə idi
06.10.2023 [11:55]
Azərbaycanın ən yeni tarixində oktyabr ayı xalqımızın və dövlətimizin taleyi baxımından bir çox mühüm hadisələrlə əlamətdar olub. Belə ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının ovaxtkı qanunverici orqanı dövlət müstəqilliyinin bərpası haqqında mühüm sənədi qəbul etdi. Həmin hadisədən sonrakı illərdə oktyabr ayında baş verən mühüm tarixi əhəmiyyət daşıyan olaylardan biri də 1993-cü il oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi idi. Ulu Öndər həmin seçkilərdə xalqın 98,84 faiz səsini qazandı və özünün düşünülmüş və məqsədyönlü siyasəti ilə müstəqilliyimizi qoruyub saxladı. Sonrakı prezident seçkiləri – Ulu Öndərin ikinci dəfə dövlət başçısı seçilməsi, Onun layiqli davamçısı cənab İlham Əliyevin dəfələrlə xalqımız tərəfindən Azərbaycan Prezidenti poztuna layiq görülməsi də oktyabr ayına təsadüf edib.
Onu qeyd etmək yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan dövlətinin varlığından danışmaq çətin olardı. Ona görə ki, ölkəmiz 1991-ci ilin oktyabrında öz müstəqilliyini bərpa etsə də, Azərbaycan 1991–1993-cü illərdə hərc-mərclik, özbaşınalıq və ağır məğlubiyyətlər dövrünü yaşadı. Bu cür mürəkkəb siyasi durumdan çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü və Ulu Öndər dövlət başçısı seçilən kimi ölkəmizi böyük bəlalardan, faciələrdən xilas etdi.
Lakin Azərbaycanın müstəqilliyini istəməyən xarici və daxili düşmənlər bu zaman dinc durmadılar. Buna baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Bundan sonra ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi sürətləndi ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun uğurla, sürətlə həyata keçirilməsi də birbaşa Ulu Öndərin adı ilə bağlıdır.
Ümummilli Lider, eyni zamanda ölkə daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanmasına nail oldu. Bu nəhəng layihənin gerçəkləşdirilməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu. Ulu Öndərin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar. “Əsrin müqaviləsi” çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşası məsələsi də uğurla həll edildi. Ümummilli Lider ölkəmizdə qlobal əhəmiyyətli enerji-nəqliyyat layihələrini reallaşdırmaqla Azərbaycanın bu günü üçün möhkəm təməl yaratdı.
Ulu Öndərin xarici siyasət məsələlərinə xüsusi əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə nüfuzlu tribunalardan məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə önəmli idi. Böyük şəxsiyyətin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi.
Prezident İlham Əliyev layiqli davamçı kimi, Ümummilli Liderin məqsədyönlü siyasətini bütün sahələrdə uğurla davam etdirdi. Müzəffər Ali Baş Komandan dahi şəxsiyyət Heydər Əliyevin 2 oktyabr 2003-cü ildə xalqa müraciətində inamla səsləndirdiyi fikirləri reallığa çevirdi. Ümummilli Lider həmin müraciətində Prezident İlham Əliyevə olan inamını açıq şəkildə bəyan etmişdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu inamı doğrultdu, Onun qətiyyəti, Azərbaycan Ordusunun qüdrəti sayəsində 30 illik işğala son qoyuldu. Azərbaycan sözünün imzası qədər əhəmiyyətli olduğunu bütün dünyaya nümayiş etdirdi.
Sonda bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi 30 il əvvəl Ulu Öndərin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin önəminin, dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin araşdırılaraq, gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayır. Çünki Ümummilli Liderin 30 il əvvəl Azərbaycan Respublikasının Prezidenti seçilməsi önəmli tarixi hadisə idi.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

