Azərbaycan həqiqətləri bu dəfə də diqqət mərkəzində
09.10.2023 [12:13]
Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak etdlər.
Dövlətimizin başçısı 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçının iştirak etdiyi nüfuzlu beynəlxalq tədbirin açılış mərasimində çıxış etdi.
Prezident cənab İlham Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.
Dövlət başçısı çıxışı zamanı ölkəmizin müstəqillik illərində yürüdülən siyasətdən, mövcud reallıqlardan, Azərbaycan həqiqətləridən və həyata keçirilən enerji layihələrindən geniş bəhs etdi. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi olduqca mühüm siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir deyən dövlət başçımız bildirdi ki, Azərbaycan artıq dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycan 120 dövlətin yekdil qərarı ilə belə bir nüfuzlu təşkilata sədrlik etmək şərəfinə layiq görülmüşdür.
Çıxışı zamanı dünyanın aparıcı güclərinə, Azərbaycanın dostlarına və düşmənlərinə siyasi mesajlar ünvanlayan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda kosmik sənayenin inkişafına uzun illər öncədən təşəbbüs göstərilib. Azərbaycan hələ Sovet İttifaqının tərkibində olduğu dövrdə Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində 50 il qabaq Astronavtika Konqresinin Bakıda keçirilməsi mümkün olmuşdur. Dövlət başçımız müstəqillik dövründə də Azərbaycanın beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrildiyini, beynəlxalq ictimaiyyətin fəal üzvü kimi ölkəmizin siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirakını vurğuladı.
Prezident İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini, ölkəmizin 30 il işğalla üz-üzə qaldığını və bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdıraraq bildirdi ki, üç il əvvəl biz təxminən 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq, lakin əfsuslar ki, biz anladıq: bunu sülh yolu ilə etmək mümkünsüzdür. İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Biz həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özümüz icra etdik.
Dövlətimizin başıçısı 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın olduğunu, hazırda isə yoxsulluq 5,5 faiz təşkil etdiyini tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, bu onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub.
74-cü konqresin Bakıda keçirilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir. Eyni zamanda 100-dən artıq ölkəni təmsil edən 5 minə yaxın mütəxəssisin Bakıda toplaşması isə tədbirin beynəlxalq nüfuzunun göstəricisidir.
Əminliklə demək olar ki, belə bir beynəlxalq tədbirin İkinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə əhəmiyətli dərəcədə tövfə verəcək.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

