Azərbaycanın artan nüfuzunun real mənzərəsi
15.11.2023 [15:44]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan beynəlxalq arenada sözü eşidilən, mövqeyi qəbul edilən dövlət kimi tanınır. Ölkəmizin regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün yaratdığı şərait beynəlxalq təşkilatlar tərəfindən də razılıqla qarşılanır və dəstəklənir.
Bir sıra beynəlxalq təşkilatlara uğurla sədrlik edən, qlobal problemlərin həllinə öz töhfəsini verən Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) hər zaman fəaliyyətinə böyük önəm verib. Onu da xüsusi ilə vurğulamaq lazımdır ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Qrumun üzv dövləti olaraq Azərbaycanın bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə verdiyi təklif və təşəbbüslər, qəbul olunmuş sənədlər üzv ölkələrin sosial-iqtisadi, siyasi əlaqələrin əsas prinsiplərini, regional münasibətlərin prioritetlərini, istiqamətlərini özündə əks etdirib.
Prezident cənab İlham Əliyev noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxışı zamanı bildirib ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik.
Bu da, ölkəmizin təşkilatın fəaliyyətində oynadığı rolun, Prezident cənab İlham Əliyevin qonşu və tərəfdaş ölkələrə münasibətdə yürütdüyü və qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənən siyasətin, regionda yaratdığı yeni reallıqlar sayəsində artan nüfuzunun real mənzərəsidir.
Qürurverici haldır ki Avrasiya məkanında yeni nəqliyyat arteriyası yaradan Azərbaycanın iştirakçılığı ilə reallaşan qlobal transmilli layihələr ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təminatçısına və Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib.
Cənubi Qafqazın lider dövləti kimi çıxış edən ölkəmizin yaratdığı reallıqların regional və beynəlxalq əhəmiyyəti Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi müddətdə diqqət mərkəzində olub. Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində tədbirlər, ekologiya sahəsində yüksək səviyyəli dialoq platforması, ilk dəfə turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə tur-operatorlar şəbəkəsinin formalaşması, Təhlükəsiz Turizmin İnkişafı Proqramının təsdiq edilməsi Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verdiyi böyük töhfələrdən xəbər verir.
Ölkə Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

