Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qələbələr və zəfərlər partiyası

Qələbələr və zəfərlər partiyası

21.11.2023 [11:57]

YAP Ağdam rayon təşkilatının sədri

Mansur Quliyev

Bu gün, 21 noyabr 2023-cü il tarixdə Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 31 illik yubileyidir. Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan tarixində qələbələr və zəfərlər partiyası kimi yaddaşlara həkk olundu.

Müstəqillik tariximizin önəmli hadisələrindən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılmasıdır.

Yeni Azərbaycan Partiyası xalqımızın dayanıqlı müstəqillik, azadlıq arzularını gercəkləşdirmiş yeganə siyasi partiyadır və ən əsası ümumxalq partiyasıdır.

Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, qısa müddətdə ölkəmiz onu itirmək təhlükəsi ilə üzləşmiş, xaos və anarxiya, qanunsuzluq burulğanına düçar olmuşdu. Bu səbəbdən Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət - Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında 1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ölkəmizdə mühüm ictimai-siyasi hadisə olmaqla yanaşı, həm də müstəqillik tariximizin ən parlaq başlanğıc nöqtəsi kimi qiymətləndirilir.

Beləliklə, müstəqilliyimizin ilk illərində tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa zaman müddətində iqtidar partiyasına çevrildi. Qarşıda isə ölkəni çətin və böhran vəziyyətindən çıxarmaq kimi ciddi hədəflər dayanırdı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gələn kimi atdığı qətiyyətli addımlar nəticəsində ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas oldu, böhran vəziyyətindən çıxdı.

Ulu Öndərin milli maraq və mənafeyə hədəflənmiş böyük ideyalarını uğurla həyata keçirən, ümummilli inkişaf konsepsiyasını müvəffəqiyyətlə həyata keçirən cənab İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsi də ölkəmiz üçün mühüm tarixi hadisə idi. Ona görə ki, Ümumilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycan xalqına verdiyi bütün vədlərə sadiq qaldığını öz əməli ilə sübuta yetirdi. Ali Baş Komandan İlham Əliyev xalqımıza söz verdiyi kimi tək Qarabağı deyil, qürurumuzu da özümüzə qaytardı.

Hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha işıqlı və firavan günlərə qovuşur. 44 günlük Vətən müharibəsində qazanılan Tarixi Zəfər, eyni zamanda beynəlxalq müstəvidə əldə edilən yeni uğurlar ictimai, siyasi, mədəni, iqtisadi münasibətlərimizə müsbət təsir göstərərək həm regionda, həm də ölkə daxilində yeni reallıqlar yaratdı.

Bu gün əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları ən ali səviyyədə həyata keçirilir. Ona görə ki, Yeni Azərbaycan Partiyası bütün fəaliyyətini ölkənin tərəqqisinə, inkişafına, müstəqilliyinə, təhlükəsizliyinə həsr edən vahid siyasi qüvvəyə çevrilib.

Bir sözlə, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlib, 31 il ərzində siyasi mübarizələrlə dolu şərəfli bir yol keçərək xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib. Azərbaycanımızın inkişafı və rifahı naminə öndə olan bu siyasi partiya xalqımızı uğurlu gələcəyə aparır.

Paylaş:
Baxılıb: 430 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31