İşğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi
24.11.2023 [10:48]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Eyni zamanda, ölkəmizin beynəlxalq münasibətlər sistemində rolu və nüfuzu durmadan armaqdadır. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına qarşı Azərbaycan Ordusu tərəfindən başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da zəfərlə başa çatdı. Azərbaycan ordusunun əks hücum əməliyyatları nəticəsində bütün hərbi birlikləri iflic vəziyyətinə gətirilmiş Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdi və belə bir rüsvayçı məğlubiyyətdən qurtulmağın tək yolunu kapitulyasiya aktına imza atmaqda gördü.
Azərbaycan BMT-nin və digər Beynəlxalq qurumların qərar və qətnamələrini döyüş meydanında təkbaşına özü yerinə yetirdi və tarixi ədaləti bərpa etməklə öz ərazi bötövlüyünü təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu, nəqliyyat qovşağlarının bərpası və digər sosial yönümlü layihələrin icrası uğurla və çox surətlə davam etdirilir.
Məlum olduğu kimi noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər. Prezident cənab İlham Əliyev bildirdi ki, “1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi.
Beləliklə, qeyd etdiyim kimi, bu, ərazimizin təqribən 20 faizini təşkil edirdi və uzun illər ərzində onlara məxsus olmayan ərazini geri qaytarmaqdan imtina edirdi. Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.”
Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bütün istiqamətlərdə inkişaf edərək regionda və bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Eyni zamanda bu gün Azərbaycan bölgədə ən etbarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olmuşdur.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

