Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib
13.12.2023 [11:15]
Bakı Sağlamlıq Mərkəzi və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən Bakı Sağlamlıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
12 dekabr 2023-cü il tarixdə Bakı Sağlamlıq Mərkəzi və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdən öncə dahi şəxsiyyətin büstü önünə tər-gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən video-çarx izlənilib.
Tədbiri giriş sözü ilə Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru dos. dr. Asiman Həsənov açaraq bildirib ki, Heydər Əliyev Azərbaycan üçün Azərbaycanın sosial-siyasi, iqtisadi həyatı üçün etdikləri göz qabağındadır. A. Həsənov dahi şəxsiyyətin hakimiyyətdə olduğu hər iki dövrdə gənc kadrların həm ölkə daxilində, həm ölkə xaricində yetişdirilməsində əvəzsiz rol oynadığını qeyd edib.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış edərək, Azərbaycan xalqının XX əsrdə yetirib dünya siyasətinə pərvazlandırdığı ideya və əməl nəhəngi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adının zəmanəmizin ən böyük siyasət və dövlət xadimlərinin, nadir şəxsiyyətlərinin sırasında yer aldığını söyləyib. Samir Vəliyev söyləyib ki, Ulu Öndər bənzərsiz həyatı və zəngin fəaliyyəti ilə dünya tarixinə şərəfli səhifələr yazmış qədim bir xalqın ümummilli lideri səviyyəsinə yüksəlib. Həmçinin, S. Vəliyev Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun 44 günlük möhtəşəm şücaəti sayəsində torpaqlarımızın işğaldan azad olunması, həmçinin, bu ilin sentyabr ayında güclü ordumuzun daha bir antiterror əməliyyatı keçirərək cəmi 24 saat ərzində torpaqlarımızda həyata keçirilən separatizmi məhv etməklə əzəli torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması dahi lider Heydər Əliyevin uzaqgörən siyasətinin uğurla davam etdirilməsinin nəticəsi olduğunu qeyd edib.
Tədbirdə Milli Məclisin deputatı İlham Məmmədov və Yeni Azərbaycan Partiyasının Nəzarət-təftiş komissiyasının üzvü Musa Musayev çıxış edərək Heydər Əliyev dühasının Azərbaycana bir qərinəlik rəhbərliyi dövründə respublikanın tərəqqisi yolunda yorulub- usanmadan çalışması, xalqın köklü maraqlarını ardıcıl qoruması ölkəmizin çağdaş dünya düzənində layiqli yerini təmin etməsindən bəhs ediblər və möhtəşəm qələbəyə səbəb olan inkişafın məhz Heydər Əliyevin və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin nümunəvi siyasətinin nəticəsi olduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47

