Dəqiq və düşünülmüş diplomatik addımlar
12.01.2024 [14:47]
2023-cü ilin dekabrın 11-də keçirilmiş COP28-in plenar iclasında COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilib: “Tərəfdaşlarla qurulmuş sağlam diplomatik münasibətlər, dünya ictimaiyyətində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması və əldə etdiyi yüksək nüfuz bu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı böyük dəstəyin əldə edilməsinə imkan verib. Azərbaycanda COP29 tədbirinin keçirilməsi və dünya ölkələrinin bunu dəstəkləməsi həm də onu göstərir ki, Azərbaycan artıq iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna töhfə verən dövlət kimi tanınır və qəbul edilir. Bu onun nəticəsidir ki, Azərbaycan uzun illərdir iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində qlobal arenda fəal iştirak edir. Belə ki, Azərbaycan 1995-i ildə BMT-nin “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nı, daha sonra bu Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb və COP tədbirlərində fəal iştirak edir. Azərbaycan bu istiqamətdə öz fəaliyyətini qlobal çağırışlara adekvat şəkildə qurur və neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti əsas məqsədlərdən biri kimi müəyyən edib. Ona görə də COP29 tədbirinin Azərbaycanda keçirilməsi iqlim dəyişiklikləri ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində mühüm irəliləyişdir və Azərbaycanın bu sahədə qlobal səviyyədə daha da tanınmasına şərait yaradacaq.
Dövlət başçısı İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi mühüm çağırışlarla diqqətdədir. “Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır” söyləyən cənab İlham Əliyev bildirdi ki, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Bu gün Azərbaycana beynəlxalq dəstək yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyev müsahibədə bunu əsaslı şəkildə qeyd etdi. Dəqiq və düşünülmüş diplomatik addımların nəticəsində Azərbaycanda keçiriləcək COP29 qonaqların sayına görə ən böyük tədbirdir. Bu fakt ölkəmizin imkanlarının növbəti nümayişidir. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Azərbaycan artıq bir neçə ölkədən əməkdaşlıq təklifi alıb.
Azərbaycan iqtisadiyyatının durmadan inkişaf etdirilməsi, çağdaş dünyanın tələb və şərtlərinə cavab verən müasir iqtisadi sistemin yaradılmasına eləcə də müasir iqtisadi, sosial, mədəni infrastrukturun formalaşdırılmasına xidmət edir. Modern cəmiyyət quruculuğu, həyatımızın bütün sahələrini əhatə edən dərin islahatların həyata keçirilməsi, infrastruktur layihələrin çevik icra olunması və sosial dövlət konsepsiyasının inkişaf etdirilməsi nəticəsində şəhər və kəndlərimizin görünüşü əsaslı şəkildə dəyişib. Cəsarətlə demək olar ki, Azərbaycanın siması dəyişib və xalqın sosial rifahı təmin edilib .
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə həm də regionda tamamilə yeni bir reallıq yaratdı. Fransanın, qərəzli mövqe nümayiş etdirən dairələrin mövcud münaqişədən istifadə edərək Cənubi Qafqazda siyasi oyunlar qurmaqla öz maraqlarını təmin etmək istiqamətində qurduğu planları Prezident İlham Əliyev kökündən məhv etdi. Bu baxımdan da yaranmış yeni reallıqlar fonunda Fransa və digər dairələr də mövcud vəziyyətlə barışmalı, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə yönələn addımlar atmalıdır. Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu. Heç bir qan tökülmədən, şəhid vermədən, bir əsgər belə yaralanmadan düşməndən torpaq alınması dünya tarixində də az rast gəlinən təcrübədir ki, bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22

