Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Salyan seçiciləri bu seçkilərdə də cənab İlham Əliyevi dəstəkləyəcəklər

Salyan seçiciləri bu seçkilərdə də cənab İlham Əliyevi dəstəkləyəcəklər

15.01.2024 [22:19]

Salyan rayonunun Şorsulu kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Salyan rayonunun Şorsulu kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, təşviqat qrupunun üzvləri Allahverdi Piriyev, Yaqut Ələsgərova, Fərqanə Cəbrayılova, Rüstəm Məlikov və Rəis Abdullayev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən  Prezident İlham Əliyev Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanıb. Diqqətə çatdırılıb ki, qalib xalq olaraq ölkəmizin hər bir bölgəsində keçiriləcək seçkilərin şahidi olacağıq. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Qarşıda duran prezident seçkilərinin keçirilməsi də məhz ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar. Qeyd olunub ki, öz dövlət başçısı ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, onun xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə dəstəkləyəcək.

Öz növbəsində seçicilər də YAP-ın namizədi İlham Əliyevin alternativinin olmadığı, daha layiqli gələcək üçün məhz qalib Liderimizə səs verəcəklərini bəyan ediblər.

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31