YAP – Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası
04.03.2024 [11:35]
Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayından üç il ötür. Bu qurultay partiyanın inkişafında, onun gələcək fəaliyyətinin müəyyən olunmasında müstəsna rol oynayır.
Qurultayda qəbul olunmuş qərarlar sonrakı fəaliyyətin əsas bazasını təşkil edir.
Qurultayda Azərbaycan Respublikasının Prezidenti, YAP sədri cənab İlham Əliyevin geniş çıxışı, mövcud reallıqların analitik təhlili, qarşıda duran vəzifələr, verdiyi tövsiyələr öz aktuallığı ilə seçilir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı, mühüm fikirlər səsləndirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir.
5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.
Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütün çətinliklərə baxmayaraq, yaranmış vəziyyəti,nöqsanları,çətinlikləri aradan qaldırmaq üçün insanlarımız birlik olmağa qərar verir. Məhz bunun nəticəsidir ki, 1992–ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu.
Partiyanın yaranması Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri idi. 1992-ci ildə 91 nəfər ziyalı ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, "Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Prezident Heydər Əliyevin ziyalılara göndərdiyi cavab məktubunda Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verdi. Bu Azərbaycanın tarixində xüsusi hadisə idi. Xalq bütün çətinliklərin aradan qalxacağına, ölkəmizdə firavanlığın hökm sürəcəyinə inam və ümid bəsləyirdi. Bu partiyanın yaranması Azərbaycanın siyası həyatında dönüş yaratdı, ölkəmizin siyasi sisteminin bərqərar olunmasında əsas rol oynadı.
Cənubi Qafqazın ən böyük siyasi partiyasının beynəlxalq əlaqələri mütəmadi olaraq inkişaf edir.
Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.
YAP çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda milli həmrəyliyin daha da möhkəmlənməsi istiqamətində fəallığını daha da artıracaq. Partiya bundan sonra da dövlət müstəqilliyinin möhkəmləndirilməsi işində daha məsuliyyətlə və fəallıqla çalışacaq.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

