Azərbaycan qadını dünya qadınlarına bir nümunədir
13.03.2024 [11:44]
Bu gün müstəqil Azərbaycanımızda əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan “Dövlət Qadın Siyasəti” Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə böyük yüksəliş mərhələsinə qədəm qoymuş, qadınlara göstərilən dövlət qayğısı daha da gücləndirilmiş, qadınların Azərbaycan cəmiyyətindəki rolu daha da artmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanlanan təbrikində demişdir: “Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər. Onlar ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışmış, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etmişlər.”
Bəli, doğrudan da tarix boyu Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Keçmişdə məhdud hüquqları olan Azərbaycan qadını bu gün ölkədə mədəni və siyasi quruculuğun fəal iştirakçısıdır. İndi müasir Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Azərbaycan cəmiyyətində qadının ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə rolu ildən-ilə artır. Bütün bunlar ölkədə demokratik dövlət quruculuğunun, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin əməli nəticəsidir.
44 günlük Vətən müharibəsində xalqımıza Şanlı Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin, rəşadətli əsgər və zabitlərimizin anaları da məhz, fədakar Azərbaycan qadınlarıdır. Azərbaycan qadını - Qəhrəman ana, Qəhrəman bacı, Qəhrəman həyat yoldaşıdır.
Azərbaycan qadınlarının simvolu, Birinci Vitse - Prezident, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı, Azərbaycan cəmiyyətində qadınların rolunun artırılması yönümündə həyata keçirilən məqsədyönlü tədbirlər, icra olunan layihələr dünyanın bütün lider qadınlarına bir örnəkdir. Odur ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti, isməti və gözəlliyi, cəmiyyətdəki fəal rolu ilə dünya qadınlarına bir nümunədir.
Ən gözəldir Azəri qadınları ,
Dünyaya gətirən qəhrəmanları !
Qoy sevinclə keçsin bütün anları ,
Namus , abır , həya qoruyanları ,
Gəlin təbrik edək biz qadınları !
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

