Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

25.01.2022 [13:44]

25.01.2005
Tehranda İran İslam Respublikası parlamentinin - İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adil ilə görüşüb.
İranın Dövlət Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani  ilə görüşüb.

İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xamenei ilə görüşüb.
İranın ən iri istehsal müəssisələrindən sayılan “İran Xodro” avtomobil zavodunda olub.
İran inqilabının rəhbəri imam Xomeyninin məqbərəsini ziyarət edib.
Xomeyninin məqbərəsini ziyarət etdikdən sonra İran televiziyasına qısa müsahibə verib.
Tehranda İran müdafiə sənayesinin daimi sərgisində olub.
İmam Xomeyni adına “İmdad” komitəsində olub.
Azərbaycan Respublikasının Tehrandakı səfirliyində olub.
İran İslam Respublikasına rəsmi səfərinin ikinci gününün sonunda öz iqamətgahında - “Bustan” sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Asxat Orazbayı qəbul edib.
25.01.2006
Azərbaycan Respublikasının idman mütəxəssilərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident sarayında Avstriyanın Dövlətin Qorunması və Terrorizmə Qarşı Mübarizə üzrə Federal Agentliyinin direktoru Gert-Rene Pollini qəbul edib.
Prezident sarayında ATƏT-in fəaliyyətdə olan sədri, Belçika Krallığının xarici işlər naziri Karel de Quxtun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ölkəmizin paytaxtının qış mənzərəsi ilə yaxından tanış olmaq, şəhərin müxtəlif yerlərində sakinlərlə görüşmək və onların qayğıları ilə maraqlanmaq üçün növbəti dəfə şəhər gəzintisinə çıxıb.
25.01.2007
Günün sonunda MDB və Baltik Dövlətləri Yəhudi İcmaları Federasiyasının rəhbəri Lev Levayev ilə görüşüb.
İsrailin Baş nazirinin müavini Sipi Livni ilə görüşüb.
Davosda Konqres Mərkəzində Dünya İqtisadi Forumunun icraçı prezidenti Klaus Şvabla görüşüb.
İlham Əliyev onun üçün ayrılmış iqamətgahda, “Morasani” mehmanxanasında Hollandiyanın “Şell” şirkətinin icraçı direktoru Yeroyn Van der Veer ilə görüşüb.
Davos Forumu çərçivəsində İran İslam Respublikasının sabiq Prezidenti Məhəmməd Xatəmi ilə görüşmüşüb.
“Soros” Fondunun prezidenti Corc Soros ilə görüşüb.
Amerika Birləşmiş Ştatlarının “Sisko” şirkəti idarə heyətinin sədri Con Çambers ilə görüşüb.
Ukraynanın Baş naziri Viktor Yanukoviç ilə görüşüb.
Davos Forumu çərçivəsində Konqres Mərkəzində “Enerji-2007: Neft siyasətinin yeni erası” mövzusunda keçirilən iclasda iştirak edib.
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyer ilə görüşüb.
«Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 29 dekabr tarixli 221-IIIQD nömrəli QANUNUNUN tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb.
25.01.2008
Davosda, onun üçün ayrılmış iqamətgahda “Microsoft” korporasiyasının tədqiqat və strategiya üzrə direktoru Kreyq Mandini qəbul edib.
Davosda, onun üçün ayrılmış iqamətgahda “Citi Group”un sədri Uin Bişoffu qəbul edib.
Davosda, onun üçün ayrılmış iqamətgahda Böyük Britaniyanın York Hersoqu Şahzadə Endryu ilə görüşüb.
Davosda, onun üçün ayrılmış iqamətgahda ABŞ-ın “Global Hyatt” şirkətinin sədri və sahibi Tomas Pritzkeri qəbul edib.
Davosda, onun üçün ayrılmış iqamətgahda Böyük Britaniyanın biznes, müəssisələrin inkişafı, tənzimlənmə islahatları üzrə dövlət katibi Con Hattonu qəbul edib.
Davosda, onun üçün ayrılmış iqamətgahda İsveçrə Konfederasiyasının Ətraf Mühitin Mühafizəsi, Nəqliyyat, Energetika və Rabitə Departamentinin rəhbəri Morits Loyenbergeri qəbul edib.
Davosda “Fluela” mehmanxanasında “Abn Amro” Maliyyə Korporasiyası sədrinin müavini Mark Holtsmanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə lanç verilib.
Davosda, onun üçün ayrılmış iqamətgahda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyeri qəbul edib.
25.01.2010
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində işgüzar səfərdə olub.
Soçinin “Adler” Beynəlxalq hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın görüşü olub.
Soçidə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev “Grand Polyana” mehmanxanasının “Qəbullar evi”nə gəlmişdir. Azərbaycan Prezidenti İlham Əliyevi “Qəbullar evi”nin önündə Rusiya Prezidenti Dmitri Medvedev qarşıladı. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olub.
N.M.Aslanovun Naftalan Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.
M.H.Musayevin Naftalan Şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

25.01.2011
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
25.01.2012
Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə yola düşüb.
Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidmer Şlümfün görüşü olub.
Davosda İsrail Dövlətinin Prezidenti Şimon Peresin ilə görüşü olub.
Avstriyanın “OMV AG” şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşüb.
Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats ilə görüşü olub.
25.01.2013
Ə.C. Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

25.1.2016
ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Tseretelinin və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyətini qəbul edib.
N.Ə.Əmirovun Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

A.E.İsrafilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.


“Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin artırılması və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

Ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb.

Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında Sərəncam imzalayıb.

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında Sərəncam imzalayıb.

25.01.2017
Prezident İlham Əliyev İranın Qərbi Azərbaycan vilayətinin valisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 414-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 413-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 470-VQD nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 440-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Böyük Vətən müharibəsi iştirakçıları və əlilləri, digər dövlətlərin ərazilərində gedən hərbi əməliyyatlarda iştirak edənlər, həlak olmuş hərbi qulluqçuların ailələri üçün güzəşt və təminatların qarşılıqlı tanınması haqqında 1994-cü il 15 aprel tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə Protokolun təsdiqi haqqında Fərman imzalayıb.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 421-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

25.01.2019
Kürdəmir rayonunun Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1420 VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1396 VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1425-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1386-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında Fərman imzalayıb.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında və 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 632 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

25.01.2021
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb.

Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli sərəncamlarında dəyişiklik edilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” 2015-ci il 16 aprel tarixli 1176 nömrəli, “Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 2018-ci il 2 mart tarixli 3739 nömrəli sərəncamlarının ləğv edilməsi barədə Sərəncam imzalayıb.

Paylaş:
Baxılıb: 517 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31