Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

23.04.2024 [17:23]

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, doğulan körpənin cinsi kişi, çəkisi 3 000,0 qram, boyu 49 santimetr olub.

Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova tərəfindən uğurla icra olunub.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edilib ki, Səadət Namazlının hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31