Heydər Əliyev
yeni azerbaycan logo

Daha 21 ailə!

13.06.2024 [10:57]

Şuşaya möhtəşəm köç davam edir...

Yeganə BAYRAMOVA

2020-ci ildə hər birimiz Şuşanın azad olunması xəbərini gözləyirdik. Vətən müharibəsinin 43-cü günündə bu arzumuz reallaşdı. Həmin il noyabrın 8-i tariximizə qızıl hərflərlə yazıldı.

Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşanı işğalçılardan azad etdi. Şuşanın azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə də həlledici təsir göstərdi.

Bu gün artıq Şuşa möhtəşəm bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. 2021-ci il 14 yanvar tarixindən-Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpasına başlandı. Qısa müddət ərzində böyük işlər görülür və görülməkdədir. Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli... Mədəniyyət paytaxtımızın əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Görülən işlər nəticəsində Şuşa artıq sakinlərini qarşılamağa hazırdı.

Sakinlərin sayı 491 oldu...

Ötən gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 21 ailə-85 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.

Doğma torpaqlarına qovuşan keçmiş məcburi köçkünlər dünən sevinc və həyəcan hissini birgə yaşayıblar. Yeni Şuşa sakinləri çətin köçkünlük həyatı keçirsələr belə, hər zaman inamlarını itirmədiklərini, bir gün torpaqlarımızın azad olunacağına əmin olduqlarını bildiriblər.

İşğal ediləndə 25 min nəfərədək əhali yaşayırdı...

Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlamışdı. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.

Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni silahlı birləşmələrinin tərkibində hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.

Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb. Ermənilər Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Analitik

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31