Qarabağ Universitetində 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur
09.07.2024 [17:42]
2024/2025-ci tədris ili üçün universitetdə, ümumilikdə, 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. İlkin olaraq universitetdə kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
Rektor Qarabağımıza ali təhsil ənənələrinin qaytarılmasının əsas məqsədlərdən biri olduğunu bildirib: “Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Qarabağ Universiteti ölkəmizin ən müasir ali təhsil müəssisələrindən biri olmalıdır. Prezident İlham Əliyev iyulun 5-də universitetimizə gələrək aparılan işlərin gedişatı ilə maraqlandı, müvafiq tövsiyə və tapşırıqlarını verdi”.
Şahin Bayramov qeyd edib ki, Qarabağ Universiteti ən müasir ali təhsil müəssisələrindən biri olacaq: “Universitet, ilk növbədə, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı zəruri olan yüksəkixtisaslı kadrların hazırlanmasını həyata keçirəcək, həm də tədqiqat əsaslı universitet olacaq. Bu o deməkdir ki, universitetimiz ölkəmizin inkişafına töhfə verəcək nəticəyönümlü tədqiqatların aparılmasını da həyata keçirəcək”.
“Builki tədris ilində Qarabağ Universitetinə yalnız dövlət sifarişi əsasında tələbə qəbulu həyata keçiriləcək. Yəni, Qarabağ Universitetinin tələbəsi adını qazanacaq istənilən gənc universitetdə heç bir təhsil haqqı ödəmədən təhsil alacaq. Hər bir tələbə təqaüd alacaq. Bundan başqa, ödənişsiz şəkildə, ən müasir şəraiti olan mənzil tipli yataqxanada həm tələbələri, həm də əməkdaşlarımızı yerləşdirməyi nəzərdə tutmuşuq. Universitetə qəbul olunacaq bütün tələbələrə noutbuk hədiyyə ediləcək. Universitetdə tələbələri akademik məzmunla yanaşı, çox maraqlı tələbə həyatı gözləyir”, - deyə Ş.Bayramov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

